6 il kirayədə yaşamış…18 il 18 kvadratmetrlik “ev”də can çürütmüş Şəhid ailəsi-MƏNZİLLƏ TƏMİN OLUNDU…

Bir az öncə çox gözəl xəbər aldım-çox gözəl…

Şəhidimiz Cəmil Məmmədlinin ailəsi axır ki, EVlə, Mənzillə təmin olundu…

Evin tək, subay və ali təhsilli oğlu olan Şəhidimizin ailəsi 1997-ci ildən 2003-cü ilə kimi Bakıda kirayədə yaşamış, 2003-cü ildən isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində, Buxta küçəsində-18 kvadratmetrlik bir evdə (ev demək mümkünsə), daxmada yaşamış, ömür çürütmüşdü…

Çox şükürlər olsun-Şəhidimizin ailəsi nəhayət ki, Xocasən qəsəbəsində Şəhid ailələri üçün tikilmiş binada ikiotaqlı mənzillə təmin olundu…

Bu məsələdə də ədalət və insaf naminə qeyd etmək lazımdır ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun böyük əməyi, zəhməti olub…

Belə ki, məhz onun məsələyə qarışmasından sonra bəzi aidiyyatı qurumlar və şəxslər tərəfindən müxtəlif bəhanərlə, “ötür-ötür”lərlə yola verilən, incidilən… Şəhid ailəsi evlə təmin olundu…

Odur ki, Şəhid ailəsinin adından Azərbaycan Dövlətinə və Səbail icra başçısına minnətdarlığımı ifadə edirəm…

Eyni zamanda, bu məsələdə, eləcə də digər məsələlərdə hər zaman Şəhid ailəsinin yanında olmuş, dəstəyini əsirgəməmiş Millətinin Vəkili Qənirə xanıma, Qənirə Paşayevaya minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm, Haqqınızı, əziyyətinizi halal edin deyirəm.

Gerçəkdən də çox sevincliyəm, uçmağa qanad axtarıram, bütün Şəhidlərimizin ailələri, o cümlədən Cəmilimizin, Cəmil balamızın ailəsi, Aygün bacım, Habil qardaşım mənim üçün çox ƏZİZ və çox DOĞMAdırlar… Hamısı mənim CANlarımıdır…

Bu xəbəri eşidərkən də sanki elə bildim özüm ev, mənzil almışam, 2017-ci ildə Dövlətimiz, Prezidentimiz tərəfindən Haqqım olan mənzillə təmin olunanda necə sevinmişdimsə, indi də o cür sevindim, o cür sevincliyəm…

Telefonda da Aygün bacıma sevincimi çatdırdım, gözaydınlığı verdim, Şəhidimizin hədiyyəsi mübarək olsun…dedim…

Sağ olsun, var olsun-yaxşı insanlar, sağ olsun, var olsun, min yaşasın-DÖVLƏTimiz!

Şəhidimizin ailəsinin bir arzusu, Cəmilimizin adının təhsil aldığı MƏKTƏBə verilməsi məsələsi də yəqin ki, zamanla həll olunar, reallaşar…

Həm Şəhidimizin ruhu sevindirilmiş olar, həm də Şəhid ailəsinə təsəlli verilmiş olar.

Bir daha gözünüz aydın, mənziliniz, hədiyyəniz, Şəhidimizin hədiyyəsi mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru

Etikxeber.az

Read Previous

20 yaşlı Şəhid Emil Əmirov və ya 1992-ci ildə tək qardaşını, 28 il sonra yeganə övladın itirən-ŞƏHİD BACISI, ŞƏHİD ANASI…BİR DAMIN ALTINDA BİR-BİRİNƏ TƏSƏLLİ OLAN ŞƏHİD ANALARI – MƏLEYKƏ VƏ XANIMNAZ ANA… – FOTOLAR

Read Next

Mingəçevir Şəhidləri: Əli, Emin, Sadiq…Bir ayın içində iki əzizini itirən Səba ana…İki körpəsi ilə başsız qalan Mehriban xanım…ÖGEY ÖVLADINI İKİ OĞLUNDAN ÇOX SEVƏN HƏNİFƏ ANA… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir