6 min 700-ə yaxın yeni iş yeri açılacaq – Nazir belə iddia etdi

“Bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib.

İqtisadiyyat naziri deyib ki, Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyanın artımına ciddi töhfə verib:

“Hesabat ilində 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində 1 milyard manatdan çox özəl investisiya yatırılacaq, 6 min 700-ə yaxın yeni iş yeri açılacaq”.

Ş. Mustafayev bildirib ki, Sumqayıt Sənaye Kimya Parkında 4 müəssisə bu il, 3 il müəssisə isə gələn il fəaliyyətə başlayacaq, nəticədə 800-ə axın yeni iş yeri açılacaq:

“Mingəçevir Sənaye Parkında 9 fabrikin yaradılması və 153 milyon dollar investisiya qoyuluşu, 5500 yeni iş yerinin açılması gözlənilir”.

Etikxeber.az

Read Previous

Əsədovdan təklif: Əkin üçün yolkənarı sahələr dövriyyəyə cəlb edilməlidir

Read Next

Müdafiə Nazirliyi: “Əsgər Xanəli Fəttayev intihar edib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir