6 seçki məntəqəsində seçki komissiyaları buraxıldı

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarını buraxıb.

Etikxeber.az-ın xəbərinə görə,  səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.

Etikxeber.az

Read Previous

Azərbaycanlı deputat AŞPA-da Ollanda sual ünvanladı – FOTOLAR

Read Next

Oktyabrın 12-nə USD/AZN rəsmi məzənnəsi 1,5986 səviyyəsində müəyyən olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir