“600 qoyun saxlayanın, nə bilim, neçə ton pomidor əkib-becərənin vaxtı hardadır ki…”-DEPUTAT

Millət vəkili “nəzarət” sözündən qorxur

Mən bir sənəddə nəzarət, nəzarət, nəzarət…sözünü görəndə çox narahat oluram.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Rüfət Quliyev aprelin 23-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Mühasibat uçotu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin  müzakirəsi zamanı deyib.

O, deyib ki, bəzi məsələlərdə hədsiz nəzarətdən, sərtləşdirmələrdən uzaq qaçmaq lazımdır:

rufet-quliyev

Onun sözlərinə görə, mühasiblərlə bağlı mövcud qanunveriçilikdə, “Mühasibat haqqında” qanuna təklif olunan dəyişikliklərdə də nəzarətin, sərtləşdirmələrin nəzərdə tutulması gələcəkdə bir sıra problemlər yarada bilər:

“Mən üzr istəyirəm, axı, 600 qoyun saxlayanın, nə bilim, neçə ton pomidor əkib-becərənin vaxtı hardadır ki, mühasibatla, uçotla məşğul olsun?! Biz əksəriyyətimiz burada rayonları, bölgələri təmsil edirik və vəziyyətdən yaxşı xəbərdarıq. Ona görə də bu məsələdəki qaranlıq məqamlar aradan qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə Novruz Məmmədov haqda nə dedi?

Read Next

“Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklərdə nələr var?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir