61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir – KOMİTƏ SƏDRİ

Uşaq hüquqlarının müdafiəsi bir dövlətin deyil, bütün dünyanın məsələsidir.

Etikxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova parlamentdə AŞPA-nın komitə islasında çıxışı zamanı deyib.

O, deyib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi məsələsi bu gün də çox aktualdır.

Onun sözlərinə görə, ancaq dünyadakı kataklizmlər, münaqişələr, terrorizm uşaq hüquqlarının müdafiəsi məsələsini daha qabarıq şəkildə ortaya qoyur:

“Ona görə də uşaq hüquqlarının müdafiəsi bir dövlətin deyil, bütün dünyanın məsələsidir”.

Komitə sədri bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra uşaq hüquqlarının müdafiəsi ölkənin əsas prioitet məsələlərindəndir:

“Təsadüfi deyil ki, ölkəmizin ilk qoşulduğu konvensiyalardan biri Uşaq Hüquqlarının Müdafiəsi Konvensiyasıdır.  Onu da qeyd edim ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 300 mindən artıq azərbaycanlı uşaq qaçqın-köçkün düşüb.Bu hərbi münaqişə zamanı yüz doxsan üç uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb…”

Etikxeber.az

Read Previous

“Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar…” – ZİYAFƏT ƏSGƏROV

Read Next

NAZİR: “Üç ildə bu rəqəm 55 faizə qalxdı…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir