“Qarşıdakı həftələrdə koronavirusdan sağalanlarla bağlı daha da böyük rəqəmlərə nail olacağıq”-RAMİN BAYRAMLI – YENİLƏNİB

2007-2015-ci illərdə qəbul edilən xaricdə təhsil proqramlı ilə ümumilikdə 3558 nəfər xaricdə təhsil alıb.

Etikxeber.az-ın məlumatına görə, bunu REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, onlardan 764-ü Türkiyədə təhsil alıb ki, 576-sı da məhz tibb sahəsində oxuyublar:

“Onlardan 384 nəfəri rezidentura, 173 nəfəri baza tibb təhsili, 3 nəfəri magistratura, 16 nəfəri doktorantura təhsili alanlardır. Təkcə Türkiyədə yox, dünyanın hər yerində təhsil alıb çalışan onlarla, minlərlə həmyerlimiz var. Onların böyük əksəriyyəti vətənə dönüblər, bu gün koronavirusa qarşı bizimlə çiyin-çiyinə çalışmaqdadır. Bu gün əldə etdiyimiz uğurları belə kadrlar sahəsində qazanırıq. Onların həmişəlik dönməsi üçün çox yaxşı şərait yaradılıb. Xəstəxanalarımız da maddi-texniki bazaya malikdir, bu günlərdə də hər hansı nöqsan varsa, çox ciddi işlər görülür. İcbari Tibbi Sığorta layihəsinin başlanması həmkarlarımızın münbit çalışması üçün şərait yaradır. Xaricdə xüsusilə tibb sahəsində çalışanların ölkəmizə qayıtması üçün hər cür şərait yaradılır”.

Sonra “Ölkəmizdə koronavirus xəstəliyi üçün tətbiq olunan müalicə protokolları beynəlxalq təcrübəyə əsaslanır”-deyən R. Bayramlının sözlərinə görə, burada həm Türkiyənin, həm də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcrübəsindən istifadə edilir. R. Bayramlı qeyd edib ki, xəstələr inkubasiya və müalicə müddətini başa vurduqdan sonra evə buraxılır: “İnanırıq ki, qarşıdakı həftələrdə koronavirusdan sağalanlarla bağlı daha da böyük rəqəmlərə nail olacağıq”.

O, həmçinin bildirib ki, bu gün Azərbaycanda xəstəxanalardakı çarpayıların 30 faizindən istifadə edilir.

R. Bayramlı modul xəstəxanalar sayəsində çarpayı saylarının artacağını da qeyd edib.

11:38

***

“Ayrı-ayrı şəxslərin ictimai həyatda istifadə etdiyi tibbi maska və əlcəklərin atılmasına yönəlik layihə həyata keçirilməsinə başlanıb”.

Bunu da tədbir zamanı R. Bayramlı bildirib.

R. Bayramlı deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatı ilə bağlı tullantıların təmizlənməsi və utilizasiyasına dair layihə həyata keçirilir:

“Hazırda atılan tibbi maskalar tibbi tullantılar deyil, sadəcə, tullantıdır. Tibi tullantılar koronavirusa yoluxması təsdiqlənən xəstələrin istifadə etdiyi tullantılardır. Koronavirusdan sağalmış şəxsləri önümüzdən həftədən Milli Hematologiya və Transfuziologiya Mərkəzi dəvət edəcəyik. Onlardan alınan plazmalarından istifadə edilməsi sahəsində işlər həyata keçiriləcək. Sağalan insanların plazmasında anti-cisimlər var. COVİD-19 üçün anti-cisimlər yetərincə olsa, ağır xəstələrə köçürə bilərik”.

Etikxeber.az

Read Previous

“Qoy, xoş əməllərin sayı artsın!”-MEHRİBAN ƏLİYEVA

Read Next

Xalqımız öz dövlətinin qüdrətinə inanır – VİTSE-SPİKER FƏZAİL İBRAHİMLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir