“65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb ki…” – NAZİRİN BƏHANƏSİ – YENİLƏNİB

Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi göndərəcək.

Nazir qeyd edib ki, 2022-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq.

“Təbii ki, bu yarışa hazırlıq məqsədilə xeyli sayda işçi lazımdı, amma bu qədər işçi onlarda yoxdu. Buna görə bir neçə ölkə kimi, Qətər dövləti Azərbaycana da işçi göndərilməsi ilə bağlı müraciət edib. Bununla bağlı da işlər görülür” – deyə, nazir bildirib.

***

“Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır.

Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb”.

Etikxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

Nazir bildirib ki, son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir: “Dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən şəxs var. Hər il istehsalat qəzaları və peşə xəstəliklərindən 2,3 milyon işçi həyatını itirir”.

O qeyd edi ki, dünyadakı iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı inkişaf edib: “Ötən il ölkədə əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik 5 faiz səviyyəsində saxlanılıb”.

“1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb. Bu illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir. Ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcək”– deyə S.Müslümov əlavə edib.

Etikxeber.az

Read Previous

“Kaspirşik qrupunun tərkibinin genişləndirilməsi ilə bağlı razılıq olsa da…” – POPOV

Read Next

Sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat vermir – RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir