Moskvadan Yerevana gedən sərnişin avtobusu Şimali Osetiyada qəzaya uğradı

Moskvadan Yerevana gedən sərnişin avtobusu Şimali Osetiyada qəzaya uğrayıb.

Etikxeber.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ilkin məlumata əsasən, qəza nəticəsində 5 nəfər həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Avtobusda ümumilikdə 52 nəfərin olduğu bildirilir.

Qəza oktyabrın 14-də gecə saatlarında Beslan–Vladiqafqaz trasının 8-ci kilometrində baş verib. Moskva–Yerevan avtobusu “Scania” markalı yük maşını ilə toqquşub.

Hadisə yerində operativ xidmət əməkdaşları çalışır. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Etikxeber.az

Read Previous

Aybəniz Haşımova əməliyyat olundu: “Bir neçə günə ağrılarımı tam unudaram”

Read Next

VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir