68 yeni yoluxma-3 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.

Etikxeber.az

Read Previous

3 medallı, iki övlad atası, kapitan-kəşfiyyatçı Şəhid Ramil Babayevin adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Ən qısa zamanda Türkiyənin Şuşada Baş konsulluğu açılacaq”-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir