“7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm…”-ƏRDOĞAN

“Biz bizə yetərik, Türkiyəm”, bu milli həmrəylik kampaniyamızın adıdır. Mən 7 aylıq maaşımı bağışlayaraq bu kampaniyaya start verirəm. Millət vəkilləri və nazirlərimiz də bu gün 5 milyon 200 min lirə bağışladı. 

Etikxeber.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Tarabya meydanındakı Huber köşkündə nazirlərlə keçirilən videokonfransdan sonra verdiyi açıqlamada bu fikirləri bildirib.

R.T.Ərdoğan  “COVİD-19”-la mübarizə tədbirləri ilə əlaqədar Türkiyədəki bütün xeyriyyəçi və imkanlı şəxslərə səslənib: “Bu kampaniyaya 11 milyon dollar xeyiryyəçilərimizdən dəstək gəlib. Mən buradan bütün iş adamları və xeyiryyəçilərimizə səslənirəm: İnşallah yaşadığımız sıxıntılı günləri geridə buraxacağıq, bu kampaniyada fəallığınızı əsirgəməyin. Zəkatlarını vermək üçün Ramazan ayını gözləyənlər indidən zəkatlarını bağışlaya bilərlər”. 

R.T.Ərdoğan bildirib ki, koronavirusla əlaqədar Türkiyədə olan bütün məlumatlar şəffaf şəkildə yayılır. Prezident deyib ki, yaşanan ağır günlərin qəhrəmanları olan səhiyyə işçilərinə əlavə dəstək tədbirləri nəzərdə tutulub: “6 milyard lirəlik əlavə dəstək ayırırq. Səhiyyə işçilərimizin hər birinə 100 giqabayt pulsuz internet də veriləcək”. 

Prezident həmçinin bildirib ki, ölkədə çarpayılıq xəstəxanaların sayı yetərli qədərdir və əlavə xəstəxanalar da istifadəyə verilməkdədir: “Hazırda ölkədə 42 məntəqədə virusa yoluxan xəstələr karantin altındadır”. 

R.T.Ərdoğan deyib ki, Türkiyə hər şərt altında istehsalını davam etdirməkdədir: “İstehsalatda çalışanlarımızın təhlükəsizliyinin təminatı nəzarətimizdədir”.

Prezident  Türkiyədə tənəffüs sistemi cihazlarının istehsalının sürətlə davam etdiyini də vurğulayıb

Yeni növ koronavirusla mübarizə tədbirləri ilə bağlı xarici ölkələrə də dəstək verildiyini deyən ölkə başçısı son olaraq İtaliyaya bir gəmi məhsul göndərildiyini, bu dəstəyin davam edəcəyini, aprelin 2-də isə İspaniyaya bir təyyarə ləvazimat göndəriləcəyini qeyd edib:

“Çətinlik yaşayan digər ölkələrə də dəstək veririk və bu tədbirlər davam edəcək”.

Etikxeber.az

Read Previous

İki millət vəkili MM-in iclasından yazdı- BİRİ “RUS İŞĞALI”NDAN, DİGƏRİ KREDİTLƏRƏ 3 AYLIQ GÜZƏŞTİN TƏTBİQ EDİLMƏSİNDƏN…

Read Next

31 mart soyqırımından-102 İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir