7 həkim sertifikasiya imtahanından keçə bilmədi

Səhiyyə Nazirliyinin sentyabrın 21-də keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, imtahanda 57 həkim iştirak edib. Onlardan 7-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Etikxeber.az

 

Read Previous

Azərbaycan şahmatçıları dünya çempionatında çıxışlarını qələbələrlə başladı

Read Next

SOCAR avqustda 636,5 min ton neft hasil edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir