7 nəfərin namizədliyi təsdiqlənib – MSK

Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq.

Etikxeber.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK)  bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri  bildirib ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb: “Həmin şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin ediləcək. Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.

Eyni zamanda, seçkilərdə iştirak etmək istəyən 7 nəfərin namizədliyi təsdiqlənib.

M. Pənahov deyib ki, artıq həmin 7 nəfərə imza vərəqələri verilib.

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5020280 seçki büllteninin böyük əksəriyyəti çap olunub”.

Bunu isə MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavini bildirib ki, dekabrın 16-dək çap prosesinə yekun vurulması nəzərdə tutulub: “Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.

Etikxeber.az

Read Previous

Onlayın media orqanlarının sırasına daha bir sayt daxil oldu – BUSAAT.AZ

Read Next

Prezident Neftçalaya – 5 MİLYON AYIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir