7 Şəhid anası-MİLLƏT VƏKİLİNDƏN NƏ XAHİŞ ETDİ? – FOTOLAR

Bir neçə gün öncə Milli Məclisə Biləsuvarın Çaylı kəndindən 7 şəhid anasının imzaladığı məktub daxil oldu. Müraciətdə Şəhid Əlimərdan Hüseynov adına Çaylı kənd məktəbin binasənın bərbad vəziyyətdə olması və yeni binanın tikilməsi üçün kömək xahiş edilir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, rayona son səfərində adıçəkilən Çaylı məktəbində olub.

“Məktəb iki binadan ibarətdir. Biri 90 il öncə tikilib və hər an uça biləcək vəziyyətdədir. Digəri isə nisbətən yeni bina olsa da cəmi 7 otaqdır və tələbata ümumiyyətlə cavab vermir. Nəzərinizə çatdırım ki, Çaylı kəndi tək bizim rayonda yox, ümumilikdə Azərbaycanda ən çox hərbçisi olan kənddir. Təsadüfi deyil ki, Çaylı məktəbindən də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul göstəriciləri yüksəkdir. Bu mənada özünəməxsus ənənələri olan bu məktəbin təmiri prinsipial məsələdir.

Bir neçə gün öncə də qeyd etmişdim, bu gün də vurğulamaq istəyirəm, dövlətimiz bu kimi problemlərə xüsusi həssaslıqla yanaşır. Xüsusən, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son 15 ildə ümumiyyətlə Azərbaycan tarixində tikilmiş məktəblərin ümumi sayından daha çox yeni təhsil ocağı tikilib. Bu mənada əminəm ki, qəhrəmanlar kəndi Çaylı da, yaxın zamanlarda öz yeni məktəbinə qovuşacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Güclü külək əsəcək, yağış, qar yağacaq-XƏBƏRDARLIQ

Read Next

Daha bir sənətkarı itirdik-XALQ ARTİSTİ RAMİZ MƏMMƏDOV VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir