Yenidən namizədliyinə razılıq verilən YAP-çı deputatların sayı 12-yə çatdı…- YENİLƏNİB

Hakim Yeni Azərbaycan Partiyasında (YAP),  partiyanın İcra Katibliyində deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı hələlik ciddi hərəkətlilik olmasa da, amma ilkin işartılar, nəticələr ortadadır. Ən azı çox tanınmış və nüfuzlu YAP-çı deputatlardan 7-sinə razılıq verilib, onlar növbəti dəfə seçkilərə gedirlər. Bu, birmənalıdır və dəqiqdir. Digərləri ilə də bağlı ən azı gələn həftənin sonlarına kimi qərar veriləcək. Bununla belə, xeyli sayda YAP-çı deputat kənarda qalacaq, onlar YAP-dakı-Gənclər Birliyindəki gənclərlə əvəzlənəcək.

Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən məlumatlı və nüfuzlu YAP-çılardan biri məlumat verib.

O, eyni zamanda, YAP-ın dəstəklədiyi və xeyir-dua verdiyi bir çox bitərəf deputatın da kənarda qalacağını, yeniləri ilə əvəzlənəcəyini bildirib.

“Dəqiq olanı budur ki, artıq 4 nəfər bitərəf deputatla bağlı qərar verilib, onlar təkrar dəstəklənməyəcəklər. Eyni zamanda, üzdə olan və tanınan 3 bitərəf deputala bağlı ilkin razılıq verilib, onlar növbəti dəfə namizədliklərini verəcəklər və YAP-dan dəstək alacaqlar. Bütün hallarda gələn həftəni gözləmək, bir az da səbr  lazımdır…”-deyə, məlumatlı mənbə bildirib.

***

Etibarlı və məlumatlı mənbəmiz hazırda millət vəkili olan YAP-çı deputatlardan daha 5-nin növbəti dönəmdə namizəd kimi seçkilərə qatılmasına razılıq verildiyini iddia edib:

“Artıq seçkilərin əsl rəsmi mərhələsinə qədəm qoyulub, namizədlərlə bağlı məsələdə də  ilkin müzakirələr, aydınlaşdırmalar başlayıb və davam edir. Yaxın günlərdə bu proses daha da sürətlənəcək və  rəsmən açıqlanmasa da belə, YAP-ın dəstəklədiyi namizədlərin adları məlum olacaq. Əldə etdiyim məlumata görə, hazırda millət vəkili olan YAP-çılardan daha beşinə “yaşıl işıq” yandırılıb, YAP onları yenidən namizəd kimi irəli sürəcək və dəstəkləyəcək. Onlar da cəmiyyətə, mediaya kifayət qədər tanış olan simalardır”.

Etikxeber.az

Read Previous

AŞPA-nın Bürosunda Azərbaycandakı parlament seçkiləri ilə bağlı müzakirələr olacaq – BU GÜN

Read Next

“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi məlum oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir