Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xanımlar, zərif cinsin nümayəndələri adətən yaşlarını deməzlər, gizlədərlər…
Xanımlardan, zərif cinsin nümayəndələrindən yaşlarını soruşmaq da etik sayılmır, sayılmaz…
Belə bir-yazılmamış qanun da var…
Amma və lakin…
Özünə güvənən, özünə arxayın olan və daha cəsarətli xanımlar isə heç zaman doğum illərini və yaşlarını gizlətmirlər, gizlətməzlər…
Belə Xanımlardan biri də xətrini dünyalar qədər çox istədiyim, Şəxsiyyətinə və İnsanlığına daim böyük ehtiram və hörmətlə yanaşdığım məşhur pambıq-əmək ustası, keçmiş SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı, Birinci cağırış Milli Məclisin üzvü, sovetlər dövründə adı dillər əzbəri olan Tərlan xanım Musayevadır…
Onu tanımayan vardımı, adını eişitməyən vardımı?!
***
Tərlan xanımın cəmi günlər öncə doğum günü idi, 70 yaşı tamam olurdu, 7-ci dekadasını başa vururdu…
Və yaşını da hamıdan öncə O özü-öz paylaşımı ilə sosial şəbəkə hesablarında paylaşmışdı və hələ də paylaşım(lar)ı durur…
Bu yaşı ona vermək çətin olsa da, Tərlan xanım artıq 8-ci dekadasına doğru addımlayır…
Bu yerdə qeyd edim ki, Tərlan xanımı təxminən 40-45 il öncədən, ötən əsrin 80-ci illərindən, şanlı-şöhrətli vaxtlarından qiyabi şəkildə tanıyıram…
Əyani tanışlığımız isə Birinci çağırış Milli Məclis (1995-2000-ci illərdən) dövründən başlayır…
Lap dəqiq desəm…onunla ilk-daha yaxından tanışlığımız 1999-cu ilin yayında, “525-ci qəzet”də müəllifi olduğum “Sabiqlər” rubrakası üçün Milli Məclisdə, iş otağında müsahibə götürdüyüm gündən başladı…
Heç bir etiraz etmədən müsahibəyə razılaşdı və çox gözəl, çox səmimi də bir müsahibə alındı…
Elə o vaxtdan da Tərlan xanımla arasımızda səmimi, dostluq və bacı-qardaşlıq münasibətləri yarandı…
Tez-tez söhbətləşir, hal-əhvallaşır(d)ıq…
2005-ci ildə yenidən, o zaman artıq deputat deyildi, Bakıdakı evində, mənzilində gözəl, halal bir süfrə arxasında Onunla müsahibəmiz alındı və yenə də sevimli “525” üçün…
Təvazökarlıqdan uzaq olmasın…həmin müsahibə də çox uğurlu alınmışdı…
Çünki bir səmimiyyət, bir istilik var idi həmin müsahibədə…


Sonra-2019-ci ildə Tərlan xanımdan bu dəfə Oxu.az-da işləyərkən müsahibə götürməli oldu…
Hər kəsin xoşuna gəlmişdi həmin müsahibə, elə özünün də…

Və səhv etmirsəmsə, 2019-cu ilin mayında mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü ilə bağlı Ondan, eləcə də keçmiş və məşhur əmək qəhrəmanlarından, partiya-sovet işçilərindən geniş açıqlama almışdım…
https://oxu.az/siyaset/eks-deputat-14-15-yasindan-qizlari-zanit-edirler-musahibe-foto
Hər biri, xüsusilə də Tərlan xanım Heydər Əliyevlə bağlı çox səmimi fikirlərini, xatirələrini bölüşmüşdü…
Və...İkinci Vətən Müharibəsi, tarixi günlərimizdə və Qələbə və Zəfərimizdən sonra Tərlan xanımla əlaqələrimiz daha da sıxlaşdı…
Mənə ən çox mənə dəstək, stimul verənlərdən biri də məhz Tərlan xanım oldu, Tərlan xanımdır…
2021-ci ildə ilk dəfə Bərdəli Şəhidimiz, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülmüş Fəxri Qəribzadənin anası Mehparə xanımla görüşmək üçün bu Qəhrəman rayona getmişdim…
Bərdəyə gəlişimi xəbət tutan kimi Tərlan xanım mənə zəng etdi və “əgər vaxtın olsa, bizə gələrsən, biz də Bərdədəyik, evimizdəyik”-dedi…
Çox sevindim və xahişini də dərhal qəbul etdim…
Mehparə xanımla, Fəxri ocağı ilə görüşdən sonra Tərlan xanımın Bərdədəki ocağına getdim…
Evdə özü və yoldaşı idi…
Yenə də və hər zamankı kimi məni çox səmimi, çox mehriban şəkildə qarşıladı, qarşıladılar…
Gözəl, halal süfrə arxasında bir saatdan çox həm söhbətləşdik, həm də çörək kəsdik…
Və təbii ki, xatirə fotoları çəkdirdik…
Son 4 ildə Onunla Şəhid məclislərində yenə bir araya gəldik…
***
Bəli, qeyd etdiyim kimi, günlər öncə Tərlan xanım 7-ci dekadasını başa vurdu…
Yeni yaşı, yubiley doğum günü mübarək və düşərli olsun!
Yüz il sağlıqlı və huzurlu bir ömür yaşasın!
Bütün gözəlliklərə layiqdir, bütün gözəlliklər Onun olsun!
Bir daha yubiley doğum günü mübarək olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az