74 Azərbaycan vətəndaşı səs verəcək- Səudiyyədə

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində yaradılmış məntəqə seçki komissiyası sentyabrın 26-da Ər-Riyad vaxtı ilə saat 9.00-da (Bakı vaxtı 10.00) səsverməyə açılıb.

Etikxeber.az xəbər verir ki, burada 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində yaradılmış 35 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə səsvermənin azad və şəffaf keçirilməsi üçün nəzərdə tutulan bütün şərait yaradılıb. Məntəqə şəffaf qutu ilə təmin olunub.

Bu məntəqə üzrə konsulluq qeydiyyatında olan 74 Azərbaycan vətəndaşı səs verəcək.

Etikxeber.az

Read Previous

Azərbaycanın Rusiyadakı səfirliyində referendumla bağlı səsvermə başladı

Read Next

Artur Rasi-zadə də səs verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir