75 yaşını qeyd edən Xalq artisti: “Özümü əla hiss edirəm”

Dünən xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının 75 yaşı tamam olub.

Etikxeber.az Aznews.az-a istinadən xəbər verir ki, yubilyar doğum gününü səhnədə qeyd etdiyini bildirib:

“Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün quruluş verdiyim “Tıq-tıq xanım” tamaşası nümayiş olundu. Mən də həmin tamaşada “Xan” rolunda çıxış etdim. Bütün kollektiv tamaşaçılarla birgə səhnədə məni təbrik etdi. Özümü əla hiss edirəm”.

Aktyorun sözlərinə görə, mart ayından etibarən 75 illik yubileyi ilə əlaqədar ünvanına təbrik mesajları və hədiyyələr gəlməkdədir: “Yubileyimlə bağlı Prezidentin Fərdi Təqaüdü mükafatına layiq görüldüm”.

Etikxeber.az

Read Previous

Müdafiə naziri hərbi aviabazalardan birində olub – FOTOLAR

Read Next

Statistika Komitəsi: Pərakəndə ticarət dövriyyəsi 21 milyard manatdan çox olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir