76 yeni yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164.481 test aparılıb.

Etikxeber.az

Read Previous

“Qətiyyən arxayınlaşmaq olmaz…”-VİTSE-SPKER

Read Next

“Təhlillər aparılacaq, Fonda müraciətlər araşdırılacaq və lazımi addımlar atılacaq…”-ZİYAD SƏMƏDZADƏ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir