İlham Əliyev-59!

Bu gün ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin növbəti doğum günüdür.

Etikxeber.az-ın xəbərinə görə, 24 dekabr tarixində dövlət başçısının 59 yaşı tamam olur.

Qeyd edək ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edi.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 

2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci ildə yenidən prezident seçilib.

 2013-cü ildə üçüncü müddətə prezident seçilib.

2018-ci 11 aprelində növbədənkənar prezident seçikilərində 4-cü dəfə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, dörd nəvəsi var.

Onu da qeyd edək ki, İlham Əliyevin prezidentliyi dövründə, bu ilin noyabr ayının 10-da 32 illik Qarabağ münaqişəsinə son qoyulub.

44 günlük İkinci Vətən Müharibəsi ilə işğalçı və təcavüzkar Ermənistan məğlubiyyətə uğradılıb, Azərbaycan düşmən üzərində tarixi Qələbə və Zəfər qazanıb.

Doğum gününüz mübarək olsun, İLHAM HEYDƏR OĞLU!

Etikxeber.az

Read Previous

“Hələ çox Qələbələr, hələ çox Zəfərlər bizimlədir və bizimlə olacaq!”- ELDƏNİZ SƏLİMOVUN YAZISI

Read Next

59 yaşını Zəfərlə başa vuran-XALQININ QALİB, ZƏFƏR YAZAN OĞLU – JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir