8-ci Beynəlxalq Uşaq Muğam Festivalının yekun konserti və mükafatlandırma mərasimi keçiriləcək

“Kainat” Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə 8-ci Beynəlxalq Uşaq Muğam Festivalını reallaşdırır.

Mərkəzdən Etikxeber.az-a bildirilib ki, festival oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan da daxil olmaqla, səkkiz ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan) təmsilçilərinin iştirakı ilə qaliblərin yekun konserti və mükafatlandırma mərasimi ilə başa çatacaq.

Qeyd edək ki, Beynəlxalq Uşaq Muğam Festivalı 1997-ci ildən keçirilən ənənəvi respublika uşaq muğam festivallarının davamıdır. Festival çərçivəsində keçirilən builki müsabiqənin son seçim turu sentyabrın 24-də Bakı, Xırdalan, Sumqayıt şəhərləri daxil olmaqla, V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində reallaşıb. Xaricdən gələn gənc istedadlarla yanaşı, həmin ölkəni bir mütəxəssis də təmsil edir və o, eyni zamanda, beynəlmiləl tərkibli münsiflər heyətinin üzvüdür. Münsiflər heyətinin sədri Xalq Artisti, professor Ağasəlim Abdullayevdir.

Finalçılar münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Bütün ifaçılar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Qaliblərə isə xüsusi diplom və qiymətli hədiyyələr veriləcək. Bundan başqa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir əcnəbi istedada “Repertuarına Azərbaycan muğamından parça daxil etdiyinə görə” xüsusi diplom və qiymətli hədiyyə təqdim olunacaq. Sonda beynəlmiləl tərkibli münsiflər heyətinin hər bir üzvünə Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin mükafatları veriləcək.

Etikxeber.az

Read Previous

Taksi sürücülərinə xəbərdarlıq edildi

Read Next

Azərbaycan kuboku: “Turan Tovuz” və “Qaradağ Lökbatan” 1/8 finalda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir