8 medal və 1 ordenli Şəhid Vasif Məmmədovun anası Aytəkin Məmmədovaya-“ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU…- FOTOLAR

Bu gün-axşam saatlarına yaxın daha bir Şəhid ailəsində oldum…

Mingəçevirin (həm də Ağdamın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin üç övladından biri, subay, 8 medal və 1 ordenli Vasif Rafail oğlu Məmmədovun ailəsini ziyarət etdim, onlara baş çəkdim…

Qeyd edim ki, bu, mənim Şəhidimizin ailəsini üçüncü ziyarətim idi…

Bir daha Şəhidimizin ailəsinə-valideynlərinə, anası Aytənkin xanım, atası Rafail kişi və dayısı Babək bəyə başsağlığı verdim, bir daha onlara Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Şəhidimizin müqəddəs ruhu qarşısında bir daha ehtiramla baş əydiyimi bildirdim…

Sonra Şəhidimizin anası Aytəkin Yisif qızı Məmmədovaya Qubalı Şəhidimiz Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək Kİcxtimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…

Həm də Tünzalə xanımın salamlarını Şəhid anası və Şəhid ailəsinə çatdırdım…

Şəhidimizin anası da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlığını ifadə etdi…

Şəhidimizin ailəsində təxminən 1 saata yaxın oldum, sonra isə onlarla birlikdə digər Mingəçevirli Şəhid Rüstəm Məmmədovun Cənnətdəki ikinci doğum günü ilə bağlı məzarını ziyarətə yollandıq…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 534 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

Şəhid Rüstəm Məmmədovun bu gün 24 yaşı tamam oldu-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir