8 nəfər “COVID-19” pasportu olmadığına görə-ŞƏNLİYƏ BURAXILMADI

Dekabrın 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 167 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Etikxeber.az-a verilən məlumata görə, monitorinq 165 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 8 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Etikxeber.az

Read Previous

Nikahın qeydiyyatına görə-RÜSUMLAR ARTIRILDI

Read Next

“Bu fərəh, qürur ilk növbədə siz Şəhid analarının haqqıdır…”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİD NURLAN QULİYEVİN ANASI ZÜLFİYYƏ QULİYEVA İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir