8 noyabr 2020-ci il-ŞƏHADƏT VƏ ANIM GÜNLƏRİ OLAN ŞƏHİDLƏRİMİZ – VÜSAL TEYMUROV, TURAL XUDİYEV, CEYHUN NƏHMƏTOV, ORXAN DADAŞOV… – FOTOLAR

Bakı şəhərinin Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Zakir oğlu Teymurovun Şəhadətə qovuşduğu gündür.

Vüsal Teymurovun Şəhadətindən bu gün-8 noyabr 2025-ci il tarixində beş il keçir.

Etikxeber.az xəbər verir ki, 1991-ci ilin martın 4-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində anadan olan Vüsal Teymurov ailənin üç övladından, iki qardaşdan biri idi.

O, həm ali təhsilli, həm də subay olub.

Qardaşıbacısı ailəlidir.

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə iştirak edib.

Döyüş yolu uzun olub.

Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı  Şuşa istiqamətlərində döyüşüb.

İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, Şuşa işğaldan azad olunan gün, noyabrın 8-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 5 gün sonra, noyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ancaq ailəsi Vüsal Teymurovun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

***

Bu gün həm də Bakı şəhərinin Xəzər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Ehtiqad oğlu Nəhmətovun Şəhadətə qovuşduğu gündür.

Ceyhun Nəhmətovun Şəhidlik məqamına ucalmasından beş il keçir.

Qeyd edək ki, Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994-cü ildə Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ceyhun evin böyük övladı-oğlu idi.

O, 2001- 2012-ci illərdə Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunub və 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib.

Elə həmin ildə də Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində fəaliyyətə başlayıb.

2018-ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq, orada Zastava rəisi vəzifəsində işini davam etdirib.

2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə göndərilərək, orada xidmətini davam etdirib.

İkinci Vətən Müharibəsi başlanan gündən isə Xüsusi Təyinatlı (XTQ) olaraq döyüşlərə atılıb.

Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın dəhlizi, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib.

Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşə davam edib.

8 noyabr 2020-ci ildə, İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, 26 yaşının tamanından düz iki ay sonra Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi Hərbi Memorial Məzarlıqda dəfn edilib.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ceyhun həm də nişanlı olub.

Həmçinin, 1 yanvar 2016-cı il tarixində anası vaxtsız şəkildə dünyasını dəyişib.

***

Bu gün həm də Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidləri-könüllü Orxan Vaqif oğlu Dadaşov və Xüsusi Təyinatlı Tural Rəfayıl oğlu Xudiyevin Anım günləridir.

Onların Əbədiyyətə uğurlanmalarından beş il ötür.

Hər iki Şəhid Ağdamın Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıblar.

Məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşanın azad edilməsindən-5 İL ÖTÜR…

Read Next

Zəfər muzeyinin-AÇILIŞI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir