Son 10 il ərzində Yamal yarımadasında 80 min şimal maralı aclıqdan tələf olub. Rəsmi məlumatlara görə, Rusiyada 1990-cı ildən bu qiymətli heyvanın populyasiyası 20 faiz azalıb.
Etikxeber.az ecoportal.su saytına istinadla xəbər verir ki, marallar üçün miqyasına görə ən dəhşətli hal 2013-cü ilin noyabrında baş verib. Aclıq üzündən 61 min qoşadırnaqlı ölüb. 2006-cı ildə isə 20 min maral qida çatışmazlığı səbəbindən ölüb.
Alimlər buynuzlu heyvanların kütləvi ölümünü iqlim dəyişikliyi ilə bağlayırlar.
Etikxeber.az