80 yaşı tamam olan sabiq deputat, eks dövlət müşaviri, keçmiş Birinci vitse-spiker, YAP İdarə Heyətinin üzvü-“ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Ölkə Prezidenti İlham Əliyev sabiq deputat, eks Birinci vitse-spiker, keçmiş dövlət müşaviri Arif Rəhimzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, bu gün 80 yaşı tamam olan Arif Rəhimzadə hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından, hakim partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Etikxeber.az

Read Previous

Şəhidimiz 96 gündən sonra-TORPAĞA TAPŞIRILDI…-FOTOLAR

Read Next

Daha 162 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir