806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 532 nəfərin namizədliyi təsdiqlənib-4 NƏFƏRİN İSƏ NAMİZƏDLİYİ QEYDƏ ALINIB

İndiyədək 806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən 806 nəfərdən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfərə imza vərəqi verilib.

31 nəfər imza vərəqələrinin doldurulmasını təmin edərək namzidəliyinin qeydə alınması üçün seçki komissiyalarına təqdim edib.

4 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin edilib.

Etikxeber.az

Read Previous

Bəzi yerlərdə yağış yağacaq-SABAH

Read Next

Ailənin iki oğlan övladından biri, subay, cəmi 20 yaşlı-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR ƏHMƏDOV – SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir