Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu həftə Milli Məclisin (MM) qarşıdan gələn 2021-ci il yaz sessiyası ilə bağlı parlamentin müvafiq komitələrinin ilk iclasları yekunlaşacaq.
Etikxeber.az-ın xəbərinə görə, artıq yanvarın 18-dən etibarən MM-in bir neçə komitəsinin ilk iclasları baş tutub.
Bu həftə isə digər komitələr öz ilk iclaslarını başa çatdıracaqlar.
Bu gün daha bir komitənin-Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası olacaq.
Gələn həftə isə MM-in 2021-ci il yaz sessiyasının açılışı, ilk plenar iclası keçiriləcək.
İclas ya fevralın 1-də, ya da 2-də baş tutacaq.
Sessiya dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verəcək.



Sonra spiker, professor Sahibə Qafarovanın qısa giriş çıxışı olacaq.
Daha sonra gündəlikdəki məsələlər, xüsusilə, 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı geniş müzakirələr keçiriləcək və sonda işlər planı təsdiqlənəcək, digər qanun layihələri səsvermədən keçirilərək, qəbul olunacaqlar.
Qeyd edək ki, yaz sessiyası ən uzun müddətli sessiya hesab olunur.
Belə ki, sessiya mayın son günlərinə təsadüf edən plenar iclasla öz işini başa çatdırır.
Bu sessiya həm də hesabatlar sessiyası sayılır.

Ənənəvi olaraq, bu sessiyada da hökumətin-Nazirlər Kabinetinin (Baş nazir Əli Əsədovun), Ombudsmanın (Səbinə Əliyevanın), Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin (Ədliyyə nazirinin birinci müavini Vilayət Zahirovun), Hesablama Palatasının (Vüqar Gülməmmədovun) və İnsan Alverinə Qarşı Mübarziə üzrə Milli Koordinatorun (Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun) hesabatları dinləniləcək, hesabatlar geniş müzakirələrdən keçiriləcək və sonda təsdiqlənəcəklər.
Həmçinin, hökumətin hesabatında bütün hökumət üzvləri, iqtisadi bloka daxil qurumların rəhbərləri iştirak və lazım olduğu təqdirdə, çıxış edəcək, fikir bildirəcəklər.
4 ay davam edən yaz sessiyasında həmçinin, bir çoxlu yeni qanun layihələrinin, müvafiq qanunlara və Məcəllələrə dəyişikliklərin müzakirəsi baş tutacaq.
Sessiyada deputatlar yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, sosial məsafəni gözləyərək, bir-birindən yenə iki metr aralıda əyləşəcəklər.
Eyni zamanda, qeyd edək ki, MM-də hələ də 5 deputat yeri boşdur.
Bu baxımdan, sessiya dövründə həmin yerlərə təkrar seçkilərin də keçirilməsi ehtimal olunan variantlardandır.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





