832 yeni seçki məntəqəsi yaradıldı-MSK QƏRAR VERDİ

2022-ci ilin yanvar ayının əvvəllərindən may ayının sonuna qədər Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilib tərtib olunması prosesini həyata keçirib.

Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Bildirib ki, seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər.

“Bununla əlaqədar may ayının əvvəlindən iş aparılıb. Seçki Məcəlləsinin tələbi ilə bağlı 1300-dən artıq seçki məntəqəsinin yaradılması zərurəti yaranmışdı. Həmin vaxtdan bəri 103 seçki dairəsinin ərazisində 832 yeni seçki məntəqəsi yaradılıb. Respublika üzrə ümumi 6274 seçki məntəqəsi fəaliyyət göstərəcək. Həmin məntəqələrin seçici siyahıları və s. məsələləri artıq həll olunub. Bələdiyyələrin sərhədlərinin kəsilməməsi prinsipi seçki məntəqələrinin yaradılması prosesində nəzərə alınıb. Artıq növbəti mərhələ seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsidir. Bu proses xüsusi komissiyanın səlahiyyətindədir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Lənkəranlı Şəhidimiz Əli Mehdizadə və Astaralı Qazimiz Məlik Məlikovun ocağında…VƏTƏN YOLUNDA SAĞLAMLIĞINDAN KEÇMİŞ QAZİ MƏLİK MƏLİKOV VƏ AİLƏSİNİN “GÜNAHI” NƏDİR? ONLAR İLLƏRDİR NİYƏ BELƏ “EV”DƏ YAŞAMAĞA MƏHKUM EDİLİBLƏR? ASTARA RAYON RƏHBƏRLİYİ, “YAŞAT”, ƏƏSMN HARA, NƏYƏ BAXIR? – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha 306 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir