Milli Məclisdə komitə sədri ilə daha bir Qazinin-İKİ MEDALLI TƏRLAN BABAŞOVUN GÖRÜŞÜ BAŞ TUTDU VƏ… – FOTOLAR

Parlamentin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva İkinci Vətən Müharibəsinin daha bir iştirakçısı-Qazi Tərlan Azər oğlu Babaşovla görüşüb…

Görüş Milli Məclisin (MM) Mədəniyyət komitəsində baş tutub…

Daha bir görüş, daha bir səmimi ortam…

Görüş zamanı millət vəkili Qazimizin səhhəti, maddi və mənəvi durumu ilə maraqlanıb, öz tövsiyələrini verib…

Millət vəkili bir daha Qarabağ Savaşı, Vətən Müharibəsi iştirakçılarının, Qazilərin, Şəhidlərin, Qazi və Şəhid ailələrinin Azərbaycan xalqının baş tacı, qürur mənbəyi olduğunu bildirib eyni zamanda, onlara diqqət, qayğı göstərilməsinin və həssas münasibətin hər bir kəsin borcu olduğunu dilə gətirib…

Qənirə xanım Tərlan kimi, Vətən İgidləri ilə fəxr etdiyini, qürur duyğduğunu bir daha sözlərinə əlavə edib…

Sonra Qazimiz özü, keçdiyi şərəfli və qürurlu döyüş yolu, səhhəti, maddi qayğıları ilə bağlı məlumat verib, danışıb, həmçinin, görüş üçün millət vəkilinə dərin minnətdarlığını, təşəkkürlərini ifadə edib…

Səmimi ortamda keçən görüşün sonunda Qazimizə Mədəniyyət komitəsinin adından təşəkkür Məktubu, eləcə də, hədiyyələr təqdim edilib…

Qazimiz də öz növbəsində komitə sədrinə bir daha minnətdarlığını ifadə edib…

***

Qeyd edək ki, Qazimiz 1994-cü ilin may ayının 5-də-sadə, zəhmətkeş bir ailədə anadan olub…

O, 2012-ci ildə orta məktəbi qurtardıqdan sonra Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olub və Akademiyanı müvəffəqiyyətlə başa vurduqdan sonra, 2016-cı ildən Azərbaycan Ordusunun sıralarında müxtəlif vəzifələrdə xidmət edib…

Son xidmət yeri n saylı hərbi hissədə, əlahiddə 120m minaatan baterya komandiri vəzifəsində olub…

Qazimiz cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb və sentyabrın 30-da ağır döyüşlərdən birində çox ağır şəkildə yaralanıb…

Bədəninin 35 yerindən müxtəlif xəsarətlər alıb, hazırda da bədənində 60-dan çox qəlpə qalmaqdadır…

Qazimiz Qəhrəmanlığına, İgidliyinə görə də Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev tərəfindən tərəfindən iki medalla təltif olunub…

Həm “Çəsur döyüşçü”, həm də “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Qazimiz bugünlərdə növbəti əməliyyatdan çıxıb və hazırda da müalicəsini davam etdirməkdədir…

Onu da qeyd edək ki, yeni ailə həyatı quran Qazimiz ailədə 4 uşaqdırlar-iki qardaş, iki bacı…

Özündən bir yaş kiçik olan qardaşı Nəriman Babaşov da Vətən sevdalılarından, İkinci Qarabağ Savaşının iştirakçılarından, Qəhrəmanlarındandır…

Uzun-Füzulidən Qubadlıyacan döyüş yolu keçən İgidimiz Ali Baş Komandan tərəfindən də 3 medalla təltif olunub…

Allah hər ikisini-Qazimiz Tərlanı da, İdidimiz Nərimanı da qorusun!

Fəxrimiz, qürurumuzdurlar!

https://etikxeber.az/b%c9%99d%c9%99ninin-35-yerind%c9%99n-yaralanan-b%c9%99d%c9%99nind%c9%99-h%c9%99l%c9%99-d%c9%99-60-cox-q%c9%99lp%c9%99-qalan-iki-medalli-igidimiz-qazi-t%c9%99rlan-az%c9%99r-oglu-babasov-fotolar

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

08.04.2021-ci il

Etikxeber.az

Read Previous

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayır-BU GÜNDƏN

Read Next

Hava pisləşəcək-intensiv yağış, dolu, qar, güclü külək gözlənilir – XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir