“Tarixi Zəfərimizə, Qələbimizə, Qarabağın işğaldan azad olunmasına görə, Şəhidlərimizin hər birinə, o cümlədən, Milli Qəhrəmanlarımız Polad Həşimovla İlqar Mirzəyev başda olmaqla, İyul şəhidlərinə borcluyuq…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (ÜÇÜNCÜ HİSSƏ)

Ziyad SƏMƏDZADƏ: “Düşmən ki, düşmən…Yenə də öz murdar xislətindən əl çəkmədi, öz mahiyyətini, məzmununu dəyişmək istəmədi, dərs, nəticə çıxarmadı və daha böyük xətalara, yanlışlıqlara yol verdi …”

Etikxeber.az millət vəkili, akademik Ziyad Səmədzadənin geniş müsahibəsini təqdim edir:

(ÜÇÜNCÜ HİSSƏ)

Şuşa rəzaləti…

-Çox təəssüflər olsun ki, ancaq bunlar da Ermənistana dərs, ibrəti-aləm olmadı. Keçmiş- qondarma “DQR”-dəki növbəti “seçki şousu”ndan sonra Şuşa ilə bağlı növbəti-təhrikedici təxribat planı işə salındı, bu azmış kimi, Qarabağdan, aktiv cəbhə bölgəsindən kilometlərcə uzaqda olan Tovuz rayonu ilə sərhəddə qanlı fitnəkarlıq əməlinə əl atıldı…

-Düz buyurursunuz, istər işğalçı Ermənistan ordusu, istərsə də Paşinyan hakimiyyəti təxtibatçı və fitnəkar addımlarından çəkinmədi.2020-ci ilin mayında Azərbaycanın dilgər guşəsi və göz bəbəyi olan Şuşada növbəti təxribat baş verdi, qondarma, separatçı, quldur “DQR” rejiminin növbəti seçki şousu nəticəsində “formalaşdırdığı” üzdəniraq “parlament” Şuşaya köçürüldü, orada “açılış” mərasimi keçirildi və bununla  bir daha Azərbaycan təxribata çəkilmək istənildi.Amma Azərbaycan dövləti bu dəfə də Ermənistanın təxribatına uymadı, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində səbr, təmkin nümayiş etdirdi. Eyni zamanda, Ermənistana və havadarlarına növbəti xəbərdarlığını etdi, bu kimi təxribatlara dözülməyəcəyini, onlara bir daha layiqli cavab veriləcəyini bütün dünyaya bəyan etdi…

 İyul-Tovuz hadisələri…Azərbaycanın növbəti Zəfəri…

 2020-ci ilin iyulunda, 11-dən 12-nə keçən Qarabağdan xeyli-kilometlərcə uzaqda olan, birbaşa döyüş bölgəsi olmayan, Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu hücuma məruz qaldı. Ermənistan-Azərbaycan sərhəddinin Tovuz istiqamətində Ermənistan ordusunun növbəti qanlı təxribat əməli baş verdi. Budəfəki “hədəf”, Ermənistanın niyyətləri daha məkrli və daha təhlükəli idi. Çünki Tovuz rayonu strateji bir rayon olmaqla yanaşı, dünyamiqyaslı mühüm layihələrin, boru kəmərlərinin keçdiyi bir rayon idi. Ermənistan həmin boru xətlərini vurmaqla, onları ələ keçirməklə, Azərbaycanı həm dünya birliyinin gözündə nüfuzdan, etbardan salmağı, həm işğal dairəsini genişləndirməyi, Azərbaycanı təslimçi sülhə razı salmağı hədəfləmişdi. Eyni zamanda, Azərbaycanın təxribata çəkilərək, Ordumuzun Ermənistanla sərhəddi keçməsi, Ermənistan ərazilərini vurması və bununla bağlı növbəti ləkələmə, qarayaxma kampaniyasına start verilməsi, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə müdaxilə etməsi hədəf kimi seçilmişdi.

Təbii ki, bu dəfə də havadarlarının birbaşa himayədarlığı və təhriki ilə. Əslində Ermənistanın bu addımı atmağa gücü və cəsarəti yoxuydu, yetməzdi, o, növbəti dəfə Azərbaycanı öz müstəqil inkişaf yolundan döndərmək, onu vassala, “banan respublikası”na çevirmək istəyən güclərin, çevrələrin birbaşa təlimatı, dirijor çubuğu ilə hərəkər edirdi. Amma nə Ermənistan, nə də onun qanlı havadarları öz hesablarını düzgün aparmışdılar. Onlar çox böyük yanlışılığa yol vermişdilər. Azərbaycanın Aprel döyüşlərində və Cünnüt əməliyyatında nələrə qadir olduğunu axıracan dərk edə bilməmişdilər, yenə də xəyallarında 90-ci illərin zəif, müdafiəsiz və gücsüz Azərbaycanını qurmuşdular.

Amma və lakin…

Azərbaycan Prezidentinin müdrik və uzaqgörən addımları, eləcə də, Azərbaycan Ordusunun gücü, əzmi ilə Ermənistanın və onun havadarlarının bütün hesabları, planları, ssenariləri bir daha yerləbir, alt-üst edildi. Həmçinin, heç bir təhrikedici addımlara getmədi, təxribatlara uymadı. General, Azərbaycan xalqının İgid oğlu, sonradan Milli Qəhrəman adına layiq görülən Polad Həşimov və digər-ondan artıq hərbçimizi, zabitimizi, igidimizi Şəhid versək də, onları qanı yerdə qoyulmadı, Ermənistana və onun havadarlarına Aprel döyüşlərinin daha betəri yaşadıldı. Ermənistana və onun cinayətkar ordusuna həm texnika, həm də canlı qüvvə sarıdan böyük itki verdilirdi, Ermənistana Aprel döyüşlərinin daha ağır və sarsıdıcı zərbəsi vuruldu. Bir daha dünya Azərbaycan dövlətinin, şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini gördü. Gördü və bildi ki, artıq Azərbaycan dövləti, Azərbaycan Ordusu ilə zarafat etmək, onu yolundan, hədəfindən, Qarabağından ayırmaq olmaz.

Polad kimi Polad və Polad oğlullar…

-Ziyad müəllim, İyul-Tovuz hadisələri zamanı general Polad Həşimov başda olmaqla, igid Azərbaycan oğullarının-peşəkar zabit və hərbçilərimizin Şəhidlik məqamına ucalması Azərbaycan cəmiyyətində düşmənə qəzəb və nifrəti daha artırdı, eyni zamanda, döyüş əzmini hədsiz dərəcədə yüksəltdi və tarixi Zəfərimizdə onların yeri, rolu müstəsna, əvəzsizdir…

-Bəli, tamamilə haqlısınız. İyul-Tovuz hadisələri, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev başda olmaqla, ondan çox hərbçimizin, zabitimizin Şəhadətə, Şəhidlik məqamına ucalması Azərbaycan xalqının düşmənə olan nifrətini, qəbzəbini, Qələbə əzmini daha da artırdı. Azərbaycan xalqı bir daha öz gücünə inandı, Qələbənin, Zəfərin, Qarabağın azadlığına gedən yolun heç də uzaq olmadığını bir daha özü üçün yəqinləşdirdi. Bütövlükdə Tovuz hadisələrindən sonra Orduya, dövlətə dəstək aksiyalarının keçirilməsi, Polad Həşimovun ölkənin demək olar ki, hər bir guşəsində portretlərinin asılması, anadan olduğu Qəbələdə böyük küçələrdən birinə onun adının verilməsi, ölkə Prezidentinin Qəbələyə səfəri zamanı generalımızın portreti önündə ehtiramla şəkil çəkdirməsi, xatirəsinin əbədiləşdirilməsi yönündə tapşırıqlar verməsi, bütövlükdə ona sonsuz sevgi və el məhəbbətinin ifadə olunması Azərbaycan xalqının və dövlətinin Qələbənin bir addımlığında olduğunun əyani nümayişi oldu. 

Azərbaycan xalqı və dövləti Polad Həşimov, İlqar Mirzəyev başda olmaqla, 1988-ci ildən bu yana Vətən torpaqları, Qarabağ uğrunda canını fəda etmiş Oğulların qisasının alındığını və tam mənada alınacağını, qisası qiymətə qoymacağını Ermənistan daxil, kürreyi-ərzə duyurmuş oldu. Bəli, tarixi Zəfərimizə, Qələbimizə, Qarabağın işğaldan azad olunmasına görə, Şəhidlərimizin hər birinə, o cümlədən, Milli Qəhrəmanlarımız Polad Həşimov, İlqar Mirzəyev başda olmaqla, İyul şəhidlərinə borcluyuq. Onların hər birinə minnətdarıq və ruhları qarşısında ehtiramla baş əyirik. Baş tacımız, müqəddəs and yerimizdirlər.

Amma düşmən ki, düşmən…Yenə də öz murdar xislətindən əl çəkmədi, öz mahiyyətini, məzmununu dəyişmək istəmədi, dərs, nəticə çıxarmadı və daha böyük xətalara, yanlışlıqlara yol verdi.

Aprel döyüşlərindən sonra 2020-ci ilin İyul-Tovuz hadisələri Qarabağın azadlığına gedən yolda növbəti mühüm mərhələ oldu, bizi Qarabağımıza daha da yaxınlşaşdırdı…

(Davamı olacaq)

Kamil HƏMİDOV

Etikxeber.az

Read Previous

Seymur Verdizadə 28 il sonra ata yurdunda göz yaşlarına-HAKİM OLA BİLMƏDİ – VİDEO

Read Next

Şəhid anası ölkə Prezidenti və ailə üzvlərini-EVLƏRİNƏ QONAQ, İFTAR MƏCLİSİNƏ DƏVƏT ETDİ – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir