85 nəfər Vətən müharibəsi iştirakçısının övladlarına dərs ləvazimatları hədiyyə olundu-QAZİ ANAR MEHDİYEV – FOTOLAR

85 nəfər Vətən müharibəsi iştirakçısının övladlarına zəruri dərs ləvazimatları hədiyyə olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında paylaşdığı statusundə Mingəçevirli Qazi Anar Mehdiyev yazıb.

O, qeyd edib ki, Mingəçevirdə Vətən müharibəsi iştirakçılarının ailələrinə göstərilən diqqət və qayğı ənənəsi bu il də davam etdirilib.

“Xeyriyyəçi, iş adamı Vüsal Əlibəylinin maddi dəstəyi ilə yeni tədris ili ərəfəsində Vətən müharibəsi iştirakçılarının şagird övladları üçün xeyriyyə tədbiri keçirilib. Tədbir “Xarı Bülbül” şadlıq sarayında baş tutub. Mingəçevir Qarabağ Qaziləri İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gənc Qazilər İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə 85 Vətən müharibəsi iştirakçısının şagird övladına yeni tədris ili üçün zəruri dərs ləvazimatları hədiyyə edilib.

Qeyd edək ki, bu xeyirxah təşəbbüs artıq 6 ildir həyata keçirilir. Hər il olduğu kimi, bu il də Vüsal Əlibəylinin maddi dəstəyi ilə təşkil olunan tədbirin əsas məqsədi Vətən uğrunda döyüşmüş qəhrəmanlarımızın övladlarına diqqət və qayğı göstərmək, onların yeni tədris ilinə hazırlığına dəstək olmaqdır. Tədbirdə çıxış edən Gənc Qazilər İctimai Birliyinin sədri Namiq İbrahimli uşaqları yeni tədris ili münasibətilə təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. O, xeyriyyə tədbirinin keçirilməsinə maddi dəstəyi ilə töhfə verən Vüsal Əlibəyliyə və dəstək göstərən hər kəsə dərin minnətdarlığını bildirib.

Bu xeyirxah təşəbbüs Vətən müharibəsi iştirakçılarına və onların ailələrinə göstərilən hörmətin, diqqət və qayğının gözəl nümunəsidir. Vüsal Əlibəylinin artıq 6 ildir davam edən xeyriyyəçiliyi və maddi dəstəyi sayəsində 85 qəhrəman övladı yeni tədris ilinə zəruri məktəb ləvazimatları ilə başlayır. Bu, Vətənə xidmət edənlərə ehtiramın sözlə deyil, əməl və real dəstəklə ifadəsidir. Qəhrəmanlarımız Vətənin qürurudur, onların övladları isə gələcəyimizdir. Qəhrəmanlara hörmət, onların ailələrinə qayğı ilə yaşadılır!”-deyə, Qazi sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Dünən Radə Qurbanova, bu gün Nəhayət Həsənova…Sabah növbə kimindir, növbəti hədəf hansı Şəhid anasıdır?-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

Üç bacının tək və subay qardaşı idi…Könüllü şəkildə Vətənin müdafiəsinə atıldı və qəhrəmancasına Şəhid oldu, nəşi oktyabrın 23-də Əbədiyyətə uğurlandı-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHMURAZ HÜMBƏTZADƏNİN BU GÜN 28 YAŞI TAMAM OLUR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir