850 minə yaxın insan Prezidentin son tarixi Fərmanından faydalana biləcək – KAMİLƏ ƏLİYEVA

Kamilə Əliyeva: Azərbaycan dövləti onların bu arqumentlərini də əllərindən almış oldu, onların və arxalarında dayananların əllərini yenə havada boş  qoydu, istəklərinin çin olmasına fürsət tanımadı

Ölkə Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşlarına növbəti diqqət və qayğısının əyani təzahürüdür. Bu Fərmanla 2019-cu ilin cəmi iki ayı ərzində atılan önəmli və mühüm addımların sırasına daha bir əlavə olunmuş oldu. Bu, bəlkə də, digərlərini kölgə altına almamaq şərti ilə, həmin addımların içərisində ən mühümü, ən vacibi idi. Çünki illərdir problemli kreditlərdən əziyyət çəkən insanlar belə bir addımın atılacağını səbirsizliklə, həm də böyük ümidlərlə gözləyirdilər.

Bu da səbəbsiz, əsassız deyildi. İnsanlar Azərbaycan dövləti və hökumətinin, xüsusilə, ölkə prezidentinin daim öz vətəndaşının yanında olduğunu bilir, görür və bu ağrılı məsələdə də onun yanında olacağına böyük ümidlər bəsləyirdilər. Bu gün verilən tarixi Fərmanla insanlar öz ümidlərində, öz gözləntilərində yanılmadıqlarının bir daha əyani şahidinə çevrildilər. Onlar bir daha əmin oldular ki, arxalarında güclü, qüdrətli Azərbaycan dövləti dayanır, Azərbaycan dövlətinin, ölkə Prezidentinin fəaliyyətinin baş xətti məhz Azərbaycan vətəndaşlarının rahatlığının, sosial-rifah halının yaxşılaşdırılmasının təmin edilməsidir.  

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

CDQ-ilya

Onun sözlərinə görə, bu Fərmanla on minlərlə ailənin, bütövlükdə yüz minlərlə insanın problemli kredit məsələsinə son qoyulmuş oldu.

Millət vəkili deyib ki,  bütövlükdə 850 minə yaxın insan ölkə prezidentinin problemli kreditlərlə bağlı Fərmanından faydalana biləcək.

“İnsanlarımız, problemli kreditlərdən əziyyət çəkən vətəndaşlarımız artıq rahat nəfəs ala və Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da daha böyük şövqlə, daha böyük həvəslə qulluq göstərə bilərlər. Yəni, Azərbaycan dövləti öz vətəndaşı naminə addım atırsa, Azərbaycan vətəndaşı da öz dövləti, onun inkişafı, güclənməsi naminə addımlar atmalıdır, heç bir tərəddüdə yol verməməlidir. Bildiyiniz kimi, bu gün ölkəmizin inkişafını, müstəqilliyini həzm edə bilməyən qüvvələr hər adi məsələdən yararlanıb, onu dövlətə qarşı yönəltmək, dövlətlə vətəndaşı arasında etimadsızlıq mühiti yaratmağa ən məkrli vasitələrlə cəhdlər göstərirlər.

kamile_eliyeva

Özünüz də şahidsiniz ki, əlləri hər şeydən üzülənlər indi də problemli kreditlər məsələsindən öz xeyirlərinə yararlanmaq, siyasi xal, kapital toplamaq, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyirdilər. Amma Azərbaycan dövləti onların bu arqumentlərini də əllərindən almış oldu, onların və arxalarında dayananların əllərini yenə havada boş  qoydu, istəklərinin çin olmasına fürsət tanımadı. Və bir daha hər kəsə göstərdi ki, Azərbaycan dövlətindən başqa kimsə Azərbaycan vətəndaşını düşünə və onun qayğısına qala bilməz. Yalnız Azərbaycan dövləti və dövlət başçısı Azərbaycan vətəndaşının ən böyük dəstəkçisi, ən böyük təminatçısıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, həm də dövlətin vətəndaşa olan sosial humanizminin ifadəsidir” – DEPUTAT

Read Next

“Barselona” Alba üçün rekord məbləğ müəyyən etdi – 500 MİLYON AVRO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir