“Görünür ki, Bayden ermənilər qarşısında “öhdəliyini” yerinə yetirir…Amma heç nə alınmır və alınmayacaq…”-ELDAR İBRAHİMOV YAZIR

ABŞ prezidenti Co Bayden saxta və uydurma “erməni soyqırımı” ifadəsini səsləndirməklə tarixi yanlışlığa və xətaya yol vermiş oldu.

Dünyanın iki-üç supergücündən olan bir dövlətin ali rəhbərinin göz görə-görə tarixi təhrifə yol verməsi, olmayan bir hadisəni olmuş kimi, təqdim etməyə çalışması qəbuledilməz və yolverilməzdir.

Bu, təhlükəli tendensiyadır. Bu, həm də acı təəssüf və gülüş doğuran bir davranışdır.

Baydenin bu addımı, bu hərəkəti istər qardaş Türkiyə ilə, istərsə də, Azərbaycanla münasibətlərə vurulan ciddi zərbə oldu və olacaq.

İstər Türkiyə, istərsə Azərbaycanın ABŞ-ın dünyada və xüsusilə də, bölgədəki ən yaxın tərəfdaş və müttəfiqlərindəndir.

Ələlxüsus, ABŞ-Türkiyə, Türkiyə-ABŞ münasibətləri heç də az, qısa olmayan bir tarixi keçmişə söykənir.

Türkiyə hər zaman ABŞ-la müttgəfiqliyinə və tərəfdaşlığa sadiq qalıb. İndi bütün bunların fonunda ABŞ prezidentinin belə bir tarixi yanlışlığa və xətaya yol verməsi təbii ki, iki ölkə arasında münasibətləri ciddi şəkildə zədələyir və zədələyəcək.

Onu da nəzərə alaq ki, 1981-ci ildən-Reyqandan sonra heç bir ABŞ prezidenti bugünədək “erməni soyqırımı” ifadəsini işlətməyib.

Görünür ki, Bayden ermənilər qarşısında “öhdəliyini” yerinə yetirir.

Eyni zamanda, nə qardaş Türkiyə, nə hər zaman onun yanında olan Azərbaycan bu günə kimi, saxta “erməni soyqırımı” iddialarını qəbul etməyib, bundan sonra da etməyəcək.

Soyqırımından danışanlar dönüb öz tarixlərinə, keçmişləriə baxsalar, daha yaxşı və məqsədəuyğun olar.

Onda görərlər ki, soyqırımı nə deməkdir, soyqrımı edənlər kimidir, soyqırımına məruz qalanlar kimdir.

Əgər ABŞ başda olmaqla, digər dövlətlər, “erməni soyqırımı” iddialarına züy tutanlar, dəstək verənlər həqiqət axtarışındadırlarsa, o zaman ötən əsrin əvvəllərindən bu yana ermənilərin türklərə, Azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qətliamlara, insanlıq dramlarına, soyqırımı cinayətlərinə nəzər salsınlar, onlara ədalətli siyasi-hüquqi, ən əsası insani qiymət versinlər.

Heç uzağa getmək lazım deyil, düz 29 il öncə lal. kar, kor dünyanın gözü qabağında Xocalı, Cəmilli, Qaradağlı, Umudlu, Meşəli, Ağdaban, Ballıqaya soyqırımları və qətliamları törədilidi.

Üstündən qeyd etdiyimiz kimi, 29 il keçir, ancaq hələ də bu qanlı cinayətlərə ədalətli qiymət verilməyib, günahkarlar cəzalandırılmayıb.

ABŞ-da daxil olmaqla, Qərb ölkələri ədalət, gerçək həqiqət tərəfdarıdırlarsa, buyursunlar, adıçəkilən və çəkilməyən faciələrə, erməni vəhşiliklərinə qiymət versinlər. Ancaq bu, onlara sərf etmir və etməz.

Çünki onlara həqiqət, ədalət lazım deyil.

Onlara ermənilər kimi, onun-bunun əlində oyuncaq, əzik-üzük kart olanlar lazımdır ki, öz məkrli məqsədlərini həyata keçirə bilsinlər.

Amma onlar ədaləti, həqiqəti tanımaq istəməsələr də, tarixi təhrif etməyə cəhdlər göstərsələr də, heç nə alınmayacaq, istədiklərinə nail ola, saxta iddiaları bizlərə qəbul etdirə bilməyəcəklər.

Həmçinin, nə qardaş Türkiyəni, nə də Azərbaycanı kimsə öz yolundan, öz hədəflərindən döndərə bilməyəcək.

Bu yöndə bütün cəhdlər fiaskoya uğrayacaq, necə ki, bu günə kimi, uğrayıb.

Heç təsadüfi deyil ki, Baydenin məlum bəyanatından heç dəqiqələr keçməmiş Azərbaycandan qardaş və dost Türkiyəyə növbəti dəstək ifadə olundu, bu, əsl dost və qardaş dəstəyi, həmrəyliyidir.

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan isə dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.

Bununla yanaşı, dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.

Bəli, iki qardaş və dost ölkə bu günə kimi, bütün məsələlərdə birgə olub, birlikdə-qoşa qanad kimi, addımlayıb və bütün çətinlikləri, maneələri də öz vəhdətlikləri, həmrəylikləri ilə birgə dəf ediblər.

Bu günə kimi, belə olub, bu gün də belədir, sabah da, gələcəkdə də belə olacaq.

Allah Azərbaycanımızı və Türkiyəmizi qorusun!

10:40, 26 aprel

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“İstəyirik ki, Cülyan kənd orta məktəbinə Teymurun adı verilsin…Bu, Şəhidimizin haqqıdır…”-ŞƏHİD TEYMUR OSMANLININ ATASI SADAY OSMANLI… – FOTOLAR

Read Next

“Bu iftiralar hər dəfə siyasi baxımdan çıxmaza girən Ermənistan üçün çıxış yolu olmamalı, əksinə, bölgədə sülh və sabitlik birdəfəlik bərqərar olmalıdır”-FUAD HEYDƏR YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir