“880 il Sənsiz” adlı qısametrajlı film-HAZIRLANDI – FOTO-VİDEO

Sumqayıt Gənclər evi dahi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “880 il Sənsiz” adlı qısametrajlı film hazırlayıb.

Etikxeber.az-a Gənclər evindən verilən məlumata görə, 5 yanvar 2021-ci il tarixində Prezident İlham Əliyevin 2408 nömrəli Sərəncamına əsasən dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə 2021- ci il “Nizami ili” adlandırılıb.

Odur ki, Sumqayıt Gənclər evi müvafiq Sərəncamı rəhbər tutaraq öz fəaliyyətində “Nizami ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb icra etməkdədir.

Qeyd olunub ki, Sumqayıt Gənclər evi 22 fevral tarixində Nizami Gəncəvinin yaradıcılığı mövzusunda Türk dilli dövlətlərin şair, yazıçı və elm adamları ilə birgə geniş miqyaslı konfrans keçirib.

Və həmçinin, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “880 il Sənsiz” adlı qısametrajlı film hazırlayıb.

Həmin filmi təqdim edirik:

Etikxeber.az

Read Previous

22 yaşı tamam olan Şəhid Sahil Rəsulov-SABAH MƏZARI ZİYARƏT OLUNACAQ, CƏNNƏTDƏK İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLƏCƏK

Read Next

İki bacının tək qardaşı…Şəhid Rza Məmmədovun-CƏNNƏTDƏKİ İLK AD GÜNÜDÜR, BU GÜN ONUN 20 YAŞI TAMAM OLUR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir