“Kommunikasiyaların açılmasına, sərhədlərin delimitasiyasına və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh müqaviləsinin imzalanamasına görə Ermənistan xahiş etməlidir…”-MİLLƏT VƏKİLİ

Ədalət və beynəlxalq hüquq güclü ölkələrin və müəyyən dairələrin xeyrinə işləyir. Dünyada böyük güclərin marağına zidd hallar baş verdikdə kəskin qərarlar qəbul olunur və qısa zamanda əks-tədbirlərə başlanılır. Amma böyük güc sahibi olmayan ölkələrin haqları tapdalanan zaman məsələnin həlli uzadılır.

Beynəlxalq müşahidələrim onu göstərir ki, dünyada xeyli ölkələr işğaldan əziyyət çəkir və bu məsələnin həllində beynəlxalq hüquq işləmir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, beynəlxalq hüququn gücü çatmadığı halda ədaləti və tapdalanmış hüquqlarını öz gücü ilə bərpa etdi. Bununla da BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına yerinə yetirərək torpaqlarını işğaldan azad etdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən hadisələrdən danışan deputat deyib:

“O vaxt torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından baş vermişdisə, torpaqlarımızın düşmən tapdağından azad edilməsi 27 illik zəhmət və uzaqgörən, müdrik siyasətin nəticəsi oldu. Belə bir çətin və şərəfli işin icrası üçün uzun yol qət etdik. Bu yolu inamla addımlamağımızda təcrübəli, möhkəm siyasi iradəyə malik, vaxtında lazımi qərarları verməyə qadir, məharətli, xalqını birləşdirən liderlər böyük rol oynadılar. Ölkənin siyasi-iqtisadi cəhətdən çökmüş vaxtında hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda pərakəndə şəkildə fəaliyyət göstərən hərbi birləşmələri vahid komandanlıq altına toplayaraq nizami ordunun əsasını qoydu, Horadiz əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Ermənistanla atəşkəsin imzalanması o zaman üçün ən uyğun addım idi. Atəşkəsdən sonrakı illər ərzində ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi, ordunu müasir standartlara uyğun şəkildə formalaşdırdı”.

Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasi kursu barədə danışan Azər Badamov bildirib:

“Ümummilli lider Heydər Əliyevin başlatdığı bu şərəfli yol Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Ölkəmiz iqtisadi cəhətdən müstəqil oldu. İqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdik. Hərbiçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Eyni zamanda, diplomatiya sahəsində fəaliyyətimizi genişləndirdik və bu illər ərzində erməni yalanlarını ifşa edərək haqq səsimizi dünya ictimaiyyətinə çatdıra bildik. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq.

Biz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyimizi açıq şəkildə bəyan edirdik. Amma danışıqlar prosesində iştirak etməyimizlə qarşı tərəfə böyük itkilərin baş verməməsi üçün nəticə çıxarmasına və ciddi addımların atılmasına şans vermiş olurduq. Nəticədə Ermənistanın baş naziri sərsəm bəyanatlar səsləndirməklə bütün danışıqları əhəmiyyətsiz etdi və şansını itirdi. Hətta Ermənistanın keçmiş müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə edəcəklərini bildirirdi”.

Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyini vurğulayan deputat deyib:

“Məhz bunun nəticəsində 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza atmaqla, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş olduq. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil.

Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Müzəffər Ordumuz ermənilərin ianələr hesabına uzun illər ərzində qurduqları müdafiə xətlərini və “məğlubedilməz erməni ordusu” mifini məhv etdi. Şanlı Ordumuzun bizə qazandırdığı tarixi Zəfər regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda kommunikasiyaların açılmasına və Cənubi Qafqazda uzunmüddətli sülhə və barışığa yol açdı. Azərbaycanın Müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etməsi, əslində, ermənilər üçün də faydalı imkanlardan istifadəyə şans yaratdı. Çünki Ermənistan son 30 ildə işğalçılıq, düşmənçilik siyasətini davam etdirməklə və qonşulara qarşı ərazi iddialarını irəli sürməklə dövlət müstəqilliyini faktiki olaraq sarsıdıb”.

Deputat, həmçinin vurğulayıb:

“Azərbaycan münaqişə ərzində həyata keçirdiyi bütün beynəlxalq layihələrini Ermənistandan yan keçirməklə bu ölkəni dalana çevirmişdir. Ermənistanda dərinləşən iqtisadi tənəzzül əhalisinin sürətlə ölkəni tərk etməsinə və digər ölkələrdən asılı vəziyyətə düşməsinə gətirib çıxardı. 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun vurduğu ağır zərbəsi nəticəsində Ermənistanda 7 mindən çox insan həlak olmuş, 10 minlərlə şəxs isə şikəst olmuşdur. Təbii ki, Ermənistanın özünə gəlməsi üçün on illər lazım olacaq. Biz isə yenə də humanistliyimizi nümayiş etdirərək. Ermənilərə əməkdaşlıq üçün yeni bir şans veririk. Əslində, kommunikasiyaların açılmasına, sərhədlərin delimitasiyasına və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh müqaviləsinin imzalanamasına görə Ermənistan xahiş etməlidir.

Çünki biz Ermənistansız da dünya ölkələri ilə əməkdaşlığı formaladırmışıq və Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayan dövlətlərdən biri kimi tanınırıq. Bütün bunlarla yanaşı, Azərbaycan heç vaxt müharibə istəməyib və bundan sonra da müharibənin əleyhinədir. Azərbaycan regionda sülhün və barışın tərəfdarıdır. Qazandığımız Qələbə bizi arxayınlaşdırmır. Ordumuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qarantıdır. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində yaratdığımız yeni reallığa uyğunlaşdırılır. Yeni, müasir hərbi texnologiyaların, silah-sursat və hərbi texnikaların alınması üçün kontraktlar imzalanır. Ordumuzun yeni texnologiyalara yiyələnməsi, döyüş qabiliyyətinin və peşəkarlığının artırılması üçün mütəmadi hərbi təlimlərin keçirilməsi davam etdirilir. Azərbaycan və Türkiyə prezidentlərin imzaladıqları Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında hərbi əməkdaşlıq genişləndirilir.

Qısacası, Azərbaycan Ordusu döyüş meydanında XXI əsrin müharibəsini apararaq Qafqazın ən güclü ordusu statusunu daha da möhkəmləndirdi. Biz bu Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Ordumuza borcluyuq”(AZƏRTAC).

Etikxeber.az

Read Previous

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin 13 nəfərin məhkəməsində ittiham aktı elan ediləcək-BU GÜN

Read Next

“Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir”-SAHİBƏ QAFAROVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir