Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” aprelin 3-də imzaladığı Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir.
Etikxeber.az-ın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
O, bildirib ki, Azərbaycanın qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir.
Ali Məhkmənin sədri bildirib ki, 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb. Qeyd edilən 12 539 işdən 11 421 işə ümumi, 1118 işə hərbi məhkəmələr tərəfindən baxılıb.