MM-in iclası: NİGAR ARPADARAİ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI MƏSƏLƏNİ, RƏŞAD MAHMUDOV ASTARANIN SU PROBLEMİNİ QALDIRDI, NÖVBƏDƏNKƏNAR SESSİYA BAŞA ÇATDI – YENİLƏNİB – (3)

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclası olacaq.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyində 13 məsələ var və bunlardır:

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

10. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

12. “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

13. Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında.

Qeyd edək ki, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Onu da qeyd edək ki, bu ay növbədənkənar sessiya başa çatmalıdır.

Çünki millət vəkilləri iyulun 15-indən yay tətilinə yollanırlar.

MM-in növbəti-payız sessiyası isə sentyabrın sonlarında və ya oktyabrın 1-ində başlayacaq.

00:00

***

MM-in iclası öz işinə başlayıb.

İclasa Birinci vitse-spiker Əli Hüseynli sədrlik edir.

11:00

***

Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Nigar Arpadarai çıxışında Şəhid ailələri və Qazilərin üzləşdiyi problemlərdən danışıb.

Qeyd edib ki, xüsusilə, sənədləşmə məsələlərində ciddi problemlər, get-gəllər yaşanır ki, bu da narazılıqlara səbəb olur.

Bu baxımdan, millət vəkili Vahid Əlaqələndirmə Mərkəzinin yaradılmasının çox mühüm önəm daşıdığını, bunun adıçəkilən məsələlərin həllində əhəmiyyətli rol oynayacığını bildirib.

Millət vəkili həmçinin, “COVİD-19 pasport”larla bağlı məsələnin, bu yöndə qoyulan tələblərin düzgün olmadığını bildirib.

Deputat bildirib ki, COVİD pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur:

“Çünki bunun tətbiqi uzunmüddətli qərardır və vətəndaşların həyatına birbaşa təsiri var. Hazırda xroniki xəstəlikləri, allergiyası olan yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə girə bilmirlər. Bu, nə dərəcədə doğrudur? Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını düşünür. Amma müzakirə olunmadan edilən tətbiqlər əlavə bürokratiyaya çevrilir. Hesab edirəm ki, bunun əlavə əsaslandırması olmalıdır. İnsanlara məlumat verilməlidir ki, təkrar yoluxma halı neçə faizdir. Apardığım araşdırmaya görə dünyada təkrar yoluxma halları 1 %-dən azdır”.

11:08

***

“Hamı bilir ki, ölkəmizin hər tərəfində əkin sahələrinin suvarılması ilə əlaqədar problemlər var. Hazırda Astara sakinlərinin böyük bir hissəsi əkinçiliklə məşğul olur. Amma su məsələsində problem var”.

Bunu millət vəkili Rəşad Mahmudov deyib.

Millət vəkili problemin həlli üçün dövlət qurumlarına müraciət edib.

11:16

***

MM-in bugünkü-son iclası nisbətən qısa çəkib.

Bununla da MM-in növbədənkəar sessiyası başa çatıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Polis rəisi özünü iş otağında güllələyərək öldürdü-BAKIDA

Read Next

“Bəlkə yenə də atan, yaxud da atdıran kazaklardır…”-SAHİB ALIYEVDƏN SƏRT ETİRAZ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir