9 günlük Novruz tətili başlayır-SABAHDAN

Azərbaycanda sabahdan Novruz tətili başlayır.

Etikxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.   

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. 

Etikxeber.az

Read Previous

“Dövlət başçımız növbəti Əfv Sərəncamı imzalayaraq, bir daha öz böyüklüyünü, öz müdrikliyini göstərdi, növbəti dəfə insanlarımızın sevincinə sevinc qatdı…”-MİLLƏT VƏKİLİ

Read Next

“Biz də kənarda qalmayacağıq…”-DEPUTAT BİLƏSUVARIN MƏKTƏB PROBLEMİNİ QABARTDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir