9 may-Faşizm üzərində Qələbə günündə dünyaya gələn-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-NAFTALANLI BƏRHUZ QULİYEV VƏ BƏRDƏLİ ƏLİZAMİN RAMAZANLI… – FOTOLAR YENİLƏNİB – (2)

Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən və əslən Goranboylu olan Bəhruz Firuz oğlu Quliyevin doğum günüdür.

Bu gün-9 may 2025-ci il tarixində Bəhruz Quliyevin 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Naftalan şəhər qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Çıxışlarda Şəhidin 30 illik qısa, lakin şərəfli ömür və hərb yolundan söz açılıb, ailəsinə-valideynlərinə, anası Möhtərəm xanıma və atası Firuz kişiyə, xanımına və qızlarına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik edilib.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı ailəsinin yaşadığı evdə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Naftalan, GoranboyBərdəli Şəhid ailələri, Qazilər, din xadimləri, müəllim və məktəblilər, Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Bəhruz Quliyev 1990-cı ilin may ayının 9-da, faşizm üzərində Qələbə günündə-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

1996-2007-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əsgərlikdən qayıtdıqdan sonra işləyib, çalışıb, ailəsinə dəstək olub.

2013-cü ildə ailə həyatı qurub, 2014 və 2015-ci illərdə iki qız övladı-Elayı və Mədinəsi dünyaya gəlib.

Hazırda övladları orta məktəb şagirdləridir.

2014-cü ildə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsi zamanı da MAXE kimi döyüşlərə qatılıb.

Şərəfli döyüş yolu 8 gün çəkib və oktyabr ayının 4-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir həftədən sonra, oktyabr ayının 11-də Naftalan şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Valideynləri həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

***

Bu gün eyni zamanda, əslən Xocalının (vaxtilə Şuşanın) Kosalar kəndindən olan Əlizamin Umud oğlu Ramazanlının doğum günüdür.

Əlizamin Ramazanlının bu gün 25 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günüdür.

Qeyd edək ki, Əlizamin Ramazanlı 2000-ci ilin 9 may tarixində, Faşizm üzərində Qələbə Günündə dünyaya gəlib.

O da ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlayıb.

Gizir hərbi rütbəsini daşıyaraq, DSX-nın Xüsusi Təyinatlılarından olub.

Əlizamin də İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılıb.

Şərəfli döyüş yolu isə 13 gün çəkib və oktyabrın 9-da Hadrutda Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir həftə sonra, oktyabrın 16-da doğulub boya-başa çatdığı Şirvanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Əlizamin həm də subay olub.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri olsun!

Nurlar içində yatsınlar!

13:42

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezidentlə Birinci vitse-prezident yenidən Şuşa və Xocalıda-BİR SIRA AÇILIŞ VƏ TƏMƏLATMA MƏRASİMLƏRİNDƏ… – FOTO – YENİLƏNİB – (6)

Read Next

Bərdəli Şəhid ailələri doğum günündə Şəhid anası Radə Qurbanovanı tək qoymadılar-XUDAYAR OCAĞINA TƏBRİKƏ GƏLDİLƏR…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir