9 naməlum məzarda şəhidlərə aid meyitlərin qalıqlarının ekshumasiyası keçirildi – DÖVLƏT KOMİSSİYASI

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan və tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 2019-cu il 14 iyun tarixli Qərar qəbul edilib.

Qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyitlərin qalıqlarının ekshumasiyası nəzərdə tutulur.

Dövlət Komissiyasından Etikxeber.az-a bildiriblər ki, iyulun 23-də meyitlərin qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Azdrama”nın 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Read Next

XİN-dən və Milli Məclisdən Avstraliyaya – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir