9 oktyabr seçkiləri: İLHAM ƏLİYEV, CƏMİL HƏSƏNLİ, QÜDRƏT HƏSƏNQULİYEV, ZAHİD ORUC VƏ…

2013-cü il oktyabrın 9-u Azərbaycanda prezident seçkiləri günü kimi tarixə düşüb və həmin seçkilərdən 6 il keçir.

Etikxeber.az-ın xəbərinə görə, həmin gün Azərbaycan tarixində 7-ci preident seçkiləri  keçirilib.

Seçkilərdə qeydə alınmış 10 namizəd seçkidə iştirak edib.

Seçici fəallığı 72.31 % olub.

and

Seçkilərin qalibi dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyev olub.

O, eyni zamanda, 3-cü dəfə seçkilərin qalibi olub.

Seçkilərdə ikinci yeri müxalifətin-Milli Şuranın namizədi, professor Cəmil Həsənli tutub.

Seçkilərin üçüncüsü sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə, dördüncüsü millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev, beşincisi həmin vaxt Ana Vətən Partiyasından istefa verərək, seçkilərə müstəqil şəkildə qatılan millət vəkili Zahid Oruc olub.

Seçkilərin axırıncısı-sonucusu  isə ADP sədri Sərdar Cəlaloğlu olub.

Yer Namizəd Səslər Faiz (%)
1.
İlham Heydər oğlu Əliyev 3 126 113 84.54 %
2.
Cəmil Poladxan oğlu Həsənli 204 642 5.53 %
3.
İqbal Fehruz oğlu Ağazadə 88 723 2.40 %
4.
Qüdrət Müzəffər oğlu Həsənquliyev 73 702 1.99 %
5.
Zahid Məhərrəm oğlu Oruc 53 839 1.46 %
6.
İlyas Abbas oğlu İsmayılov 39 722 1.07 %
7.
Araz Məmməd Mübariz oğlu Əlizadə 32 069 0.87 %
8.
Fərəc İbrahim oğlu Quliyev 31 926 0.86 %
9.
Hafiz Ələmdar oğlu Hacıyev 24 461 0.66 %
10.
Sərdar Cəlal oğlu Məmmədov 22 773 0.62 %

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Arif Hacılı yenidən başqan seçilərsə, “Müsavat”ın prezidentliyə namizədi olacaq? – İSA QƏMBƏR “MÜSAVATÇI”LARA ÇAĞIRIŞ ETDİ

Read Next

Gizlədilən qızıl-zinət əşyaları – AŞKARLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir