“90 gün vizasız qala biləcəklər…” – MİLLƏT VƏKİLİ – MÖVQE

Azərbaycan və Türkiyə arasındakı vizanın aradan qaldırılması məsələsi məni çox sevindirdi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev deyib.

“Bildiyiniz kimi, keçən həftə Azərbaycan və Türkiyə prezidentlərinin görüşməsi zamanı iki dövlət arasında mövcud olan viza rejiminin ləgvi məsələsini də müzakirə etmişdilər. Görüşün nəticəsi olaraq hər iki dövlətin xarici işlər nazirliyi 24 iyul 2019-cu il tarixində saziş imzalayaraq, bu ilin 1 sentiyabr tarixindən etibarən viza rejiminin ləğvinə qərar vermişlər”-deyən millət vəkili bu baxımdan düşünür ki, bu qərarın nəticəsi olaraq hər iki dövlətin vətəndaşları həm turizm, həm ticarət, həm də dostluq münasibətlərindən daha rahat faydalanacaqlar.

“Və mən əminəm ki, ümumi tarixi köklərə, dostluq, qardaşlıq və həmrəyliyə söykənən Azərbaycan Türkiyə münasibətləri bu qərardan sonra daha yüksək səviyyədə və uğurla inkişaf edəcək. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan vətəndaşları, qardaş Türkiyə ərazisində 30 gün yox, bəzi başqa dövlətlər kimi, 90 gün vizasız qala biləcəklər”-deyə, o, sözlərinə əlavə edib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə vətəndaşlarının sentyabrın 1-dən ölkəyə girişi və ölkədə qalma üçün tələb olunan vizanın qarşılıqlı olaraq qaldırılması haqda tarixi qərarı hər iki qardaş ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.

ADIL

malaxatttt-yeni

Bu fikri  isə YAP Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu qərar iki xalqın və dövlətin qardaşlığına, dostluğuna, işbirliyinə, xüsusilə də çağdaş dövlətimizin qurucusu, mərhum Heydər Əliyevin dillər əzbəri olan müdrik “bir millət, iki dövlət” konsepsiyasına verilən böyük töhfədir.

“Belə bir qərarın qəbul olunması bütün sahələrdə birliyimizin, bütövlüyümüzün daha da güclənməsinə xidmət edəcəkdir”-deyə, millət vəkili  vurğulayıb.

Etikxeber.az

Read Previous

Olimpiya Festivalı – RUSİYA YENƏ LİDER, AZƏRBAYCAN YENƏ İKİNCİDİR

Read Next

“Məmur məsuliyyəti vacibdir və önəmlidir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir