Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycandan 900-dək vətəndaş radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub.
Etikxeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, onlardan çoxu döyüşlər zamanı öldürülüb : “Onların 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə isə radikal dini qruplaşmalarda döyüşən 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib”.
DTX rəhbəri onu da əlavə edib ki, Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub: “ Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.
Bununla belə DTX rəhbəri deyib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.
M. Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub.
Etikxeber.az