Qızılhacılı (Goranboy) Şəhidləri: Bəxtiyar, Kənan, Nofəl, İlkin, Elşən, Fariz, Elman, Vüsal, Hidi və Bəxtiyar-QOHUM, SİNİF YOLDAŞI, CAN DOSTU…OLAN NUR ÜZLÜ ŞƏHİDLƏR…-FOTOLAR

Bəxtiyar, Fariz, Elman, Şaməddin, Mübariz, Nofəl, Kənan, Elşən və İlkin…

Qəhrəman Qızılhacılımın ( və Balakürdümün) 2016-cı il Aprel döyüşləri və İkinci Vətən Müharibəsi Qəhrəmanları, İgidləri, Şəhidləri…

Hidi, Bəxtiyar və Vüsal…

Qəhrəman Goranboyumun Qəhrəman Tap-Qaraqoyunlu, Buzluq (Baş Qışlaq) kəndlərindən və Naftalandan (Şuşadan) olan İkinci Vətən Müharibəsi iştirakçıları, Vətən sevdalıları və Şəhidləri…

Nofəllə İlkin doğmaca xalauşağı, Kənanla İlkin həm sinif yoldaşı, həm də can dostu olublar, Vüsalla Elman da ana tərəfdən yaxın qohumdurlar…

On biri də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında, məzarlığında uyuyurlar…

Yeddisi subay, biri (Kənan) nişanlı, üçü-Nofəl, Vüsal və Elman isə ailəli olublar…

Nofəlin bir oğlu, iki qızı, Vüsalla Elmanın isə iki oğlu ailələrinə, Vətənə əmanət qalıblar…

***

Hər dəfə, hər həftə kəndimizə, qəsəbəmizə gələndə mütləq Şəhidlər Xiyabanına baş çəkir, Şəhidlərimizin məzarlarını bir-bir ziyarət edirəm…

Çünki bunu özümə borc bilirəm, özümü onların ruhu qarşısında borclu bilirəm…

Bu, mənim Allah qarşısında olan borcumdur, bu, mənim Şəhidlərimizin ruhları və Şəhid ailələri qarşısında borcumdur, bu, mənim insanlıq, vətəndaşlıq borcumdur və bu, mənim qələm əhli kimi borcumdur…

Onlara olan borcum, borcumuz heç zaman ödənməz və ödənməyəcək…

Nə qədər ki, canımda can var, yeriyə-yürüyə bilirəm, Şəhidlərimizi ziyarət edəcəyəm, Şəhid ailələrinə baş çəkəcəyəm, onlarla gülüb, onlarla sevinib, onlarla kədərlənib, onlarla ağlayacağam…

Və…bu gün bir daha Qızılhacılımın Şəhidlər Xiyabanını, Nur üzlü Şəhidlərimizin, Şəhid balalarımızın, İgidlərimizin, Qəhrəmanlarımızın, bizlərə, Azərbaycana Qələbə və Zəfər yaşadanlarımızın məzarlarını ziyarət etdim, ruhları qarşısında ehtiramla baş əydim…

Şəhid ailələri-Kənanın, Farzin, Hidinin, Nofəlin ailə üzvləri də Şəhidlər məzarlığında idilər…

Övladlarını yenə ziyarətə gəlmişdilər, yenə ehsan süfrəsi açmışdılar…

Onlarla da görüşüb, bir daha Allahdan hər birinə səbr dilədim, “Şəhidlərimizin məkanları, övladlarınızın məzarları behiştlik olsun!”-dedim…

Bir qədər də söhbətləşib, sonra onlardan, Şəhidlər Xiyabanından ayrıldım, ata ocağıma döndüm…

Allah Nur üzlü cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin!

Böyük Yaradan Şəhidlərimizin ailələrinə səbr, dözüm, güc, qüvvət versin!

Qarşılarında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

2 sentyabr 2021-ci il

Etikxeber.az

Read Previous

Prezident Paralimpiya Oyunlarında qızıl medal qazanmış Vəli İsrafilovu-TƏBRİK ETDİ

Read Next

“Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır”-XİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir