İkinci Vətən Müharibəsi-sentyabr Şəhidləri: GORANBOYUN, NAFTALANIN, BƏRDƏNİN, MİNGƏÇEVİRİN, KÜRDƏMİRİN, AĞDAŞIN, ŞAMAXININ, HACIQABULUN, XAÇMAZIN, YEVLAXIN İLK ŞƏHİDLƏRİ-ƏLİ VƏ İSLAM ƏHMƏDOVLAR, QURBANOVLAR AİLƏSİ, FARİZ, ELMAN, HİDİ, NOFƏL, PƏRVİZ, ADƏM, RZA, TURQUT, ELMƏDDİN, ƏKBƏR, RƏŞAD, MANAF…-FOTOLAR

Qarşıdan, cəmi 3 gündən sonra İkinci Vətən Müharibəsinin başlamasının bir ili gəlir.

Düz bir il öncə, sentyabrın 27-də düşmən Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücüm, əks-həmlə əməliyyatına, İkinci Vətən Müharibəsinin başlanılıb.

Azərbaycan Ordusu ilk saatlardan düşməni, işğalçı və təcavüzkar Ermənistanı hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə uğradıb, işğal altındakı bir neçə kənd və strateji yüksəkliyi düşmən tapdağından azad edib.

Qeyd edək ki, qanlı və ağır döyüşlər zamanı Azərbaycam Ordusu, Azərbaycan Silahlı Qüvvələri də Şəhidlər verib, yaralanan və xəsarət alanlar olub.

Döyüşlərin, müharibənin ilk günlərində, 27, 2829 sentyabr tarixilərində Şəhid olan Vətən sevdalıları arasında Goranboyun Qızılhacılı qəsəbəsindən və Tap-Qaraqoyunlu kəndindən olan MAXE-lər – subay, evin tək oğlu Fariz Qurbanov, iki övlad atası Elman Həsənov, subay Hidi Vəliyev, 3 övlad atası Nofəl Nuriyev, Şamaxı rayonunun Göylər kəndindən olan, evin tək və subay oğlu, Əsgər Rza Məmmədov, Ağdaşın Qaradeyin kəndindən olan nişanlı, kəşfiyyatçı Əkbər Məsimov, Mingəçevirdən olan qardaşlar-MAXE-lər Əli İslam Əhmədovlar, Hacıqabuldan olan MAXE, subay Pərviz Balabəyov, Xaçmazdan olan Əsgər Rəşad Səfərəliyev, Kürdəmirdən (Ağdamdan) olan MAXE, subay Adəm Əliyev, Yevlaxdan (Bakı-Binəqədi) olan, ailənin tək, subay və ali təhsilli oğlu Manaf Bəhmənli, Bərdədən olan MAXE Turqut Zeynalov, evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən MAXE, subay Elməddin Hüseynzadə və digər İgid, Qəhrəman Azərbaycan övladları var.

Onların 27, 28 və 29 sentyabr tarixlərində Şəhidliklərinin biri ili tamam olur.

Eyni zamanda, sentyabrın 27-də, müharibə ilk saatlarında növbəti erməni vandalizmi, barbarizmi yaşanıb, erməni barbarları tərəfindən növbəti insanlıq dramı yaşadılıb.

Həmin gün axşam saatlarına yaxın Naftalanın Qaşaltı-Qaraqoyunlu kəndində yaşayan ailəsi erməni vəhşiliyinin qurbanı olublar.

Həmin vaxt döyüşlərdə iştirak edən MAXE Nadir Qurbanovun ailə üzvlərindən 5 nəfəri-atası, anası, həyat yoldaşı, oğlu və qardaşı qızı erməni vəhşiliyinə məruz qalıb, Şəhid olublar.

Həmçinin qeyd edək ki, ayın 28-də Kəlbəcər istiqamətində Şəhid olan Kürdəmirli Adəm Əliyev bir gün sonra Kürdəmir Şəhidlər Xiyabanında dəfn edilib.

Goranboyun Qızılhacılı qəsəbəsindən evin tək oğlu və 3 körpə atası olan Nofəl Nuriyev sentyabrın 29-da Şəhid olsa da, onun nəşi düz 11 gün sonra tapılıb və oktyabrın 10-da Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Sentyabrın 27-də Şəhid olan Ağdaşlı Əkbər Məsimovun nəşi isə düz 8 ay 10 gündən sonra doğulduğu Qaradeyin kəndində torpağa tapşırılıb.

Bərdəli Elməddin Hüseynzadə də sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində Şəhid olub və elə həmin gün, axşam saatlarında torpağa tapşırılıb.

27, 28 və 29 sentyabr tarixlərində adları çəkilən Şəhidlərin ( Əkbər Məsimov və Nofəl Nuriyev istisna olmaqla) Əbədiyyətə uğurlanmalarının bir illiyi ilə bağlı ailələri tərəfindən anım mərasimləri təşkil olunacaq.

Anım mərasimlərinə Şəhidlərin ailə üzvləri, yaxınları, digər Şəhid ailələri, yerli sakinlər, Qazilər, din xadimləri, məktəblilər, aidiyyatı rayonların rəhbərlikləri və digər şəsxlər qatılacaqlar.

Öncə Şəhidlərin məzarları ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar oxunacaq.

Həmçinin, Şəhidlərin xatirəsi bir dəqiqəli sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək.

Eyni zamanda, Şəhidlərin adına ehsan süfrələri açılacaq.

Nur içində yatsınlar!

Məkanları cənnətlik, ruhları şad olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ceyhun Bayramov İran XİN başçısı ilə-NƏYİ MÜZAKİRƏ ETDİ? – FOTO

Read Next

Daşkəsəndə iyulda itkin düşən 11 və 21 yaşlı sakinlərin axtarışına MN əməkdaşları cəlb olunub-DAXİLİ İŞLƏR NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir