Şəhid Orxan İsmayılovun-BARALYEFİNİN, ŞƏHİD PARKININ AÇILIŞI VƏ ANIM MƏRASİMİ…-FOTOSESSİYA

Bu gün evin-ailənin tək övladı, iki övlad atası Oxran Zöhrab oğlu İsmayılovun Şəhid olduğu, torpağa tapşırıldığı gündür, Anım Günüdür.

Etikxeber.az-ın xəbərinə görə, 2020-ci ilin oktyabrın 4-də Şəhidlik məqamına ucalan Orxan İsmayılovun Şəhidliyinin, torpağa tapşırılmasının bir illiyi ilə bağlı yaşadığı evin yaxınlığında baralyefinin-Şəhid parkının açılışı keçirilib.

Açılışda Şəhidin ailə üzvləri, yaxınları, qonuşları, Bakı və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, məktəblilər, din xadimləri, Xətai rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının rəhbərliyi və üzvləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və çıxışlar edilib.

Xətai rayon İcra Hakimiyyətin başçsı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, tanımşış sənətkar Azad Şükürlü, Şəhidin ailə üzvləri və digər mərasim iştirakçılkarı çıxış edib, məktəblilər Şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

İcra başçısı Şəhidlərin Azərbaycana Qələbə və Zəfər bəxş etdiklərini bildirib.

Onları Qələbə və Zəfər Şəhidləri adlandırıb.

Sabiq millət vəkili, YAP Xətai rayon tışkilatının sədri Vüqar Rəhimzadə isə Şəhidlərin, İkinci Vətən Müharibəsi Qəhrəmanlarının hər kəs üçün örnək və onlardan öyrənilməli olduğunu dilə gətirib.

Qeyd edib ki, Şəhidlərdən, İkinci Vətən Müharibəsi Qəhrəmanlarından öyrənilməli və əxz edilməlidir.

Şəhid atası Zöhrab İsmayılov öz növbəsində ailəsi adından hər kəsə, mərasim iştirakçılarını minnətdarlığını ifadə edib.

Təxminən 50 dəqiqə davam edən açılış mərasimindən sonra anım mərasimi başlayıb və Şəhidin adına ehsan süfrəsi açılıb.

Etikxeber.az açılışdan və anım mərasimindən fotoları təqdim edir:

Qara paltarlı qadınlar…ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI, ŞƏHİD ANALAR, QƏHRƏMAN ANALAR…

Şəhid atası…ŞƏHİD ATALARI, QƏHRƏMAN ATALAR…QAZİLƏR…XƏTAİ RAYON RƏHBƏRLİYİ, XƏTAİ SAKİNLƏRİ, MƏKTƏBLİLƏR…

VƏ ANIM MƏRASİMİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”- Prezident Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan – BAYRAĞINI UCALTDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq-FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir