Şəhid Elmar İbrahimovun torpağa tapşırılmasından bir il keçdi-ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək övladı, atasını 7 il öncə itirmiş Elmar Nəriman oğlu İbrahimovun bu gün Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

Bir il öncə-bu gün, 16 oktyabr tarixində Elmar İbrahimovun nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Etikxeber.az xəbər verir ki, Anım Günündə Şəhidin anım mərasimi keçirilib, adına ehsan verilib.

Anım mərasimində Şəhidin tək-tənha yaşayan anası Ümmü İbrahimova, yaxınları, qonşuları, Mingəçevir, Bakı, Gəncə, Bərdə, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasim zamanı Şəhidin anasına bir daha başsağlığı verilib, ona Allahdan səbr dilənilib, eyni zamanda, Elmar İbrahimovun ruhuna dualar oxunub.

22 yaşında Şəhidlik məqamına ucalan Elmar İbrahimovun anım mərasimi təxminən 5 saata yaxın davam edib.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

FOTOLAR:

MİNGƏÇEVİR ŞƏHİDLƏR XİYABANI…

ANIM MƏRASİMİ…

ŞƏHİDİN YAŞADIĞI VƏ BİR İLDİR ONUN YOLUNU GÖZLƏYƏN OCAQ…

DƏRDLİ, YARALI VƏ DİK DURUŞLU, QÜRURLU ANA…ÜMMÜ ANA…

ŞƏHİDİN DOĞMALARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu, iki bacının tək qardaşı, bir orden və 5 medallı-ŞƏHİD EMİL SADIQZADƏNİN TORPAĞA TAPŞIRILMASLNDAN BİR İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin 3 övladından biri, subay, iki medallı-ŞƏHİD ƏRƏSTUN XIDIROVUN ANIM GÜNÜ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir