Şəhid qardaşlar-Əli və İslam Əhmədovlar, Şəhid polkovnik-leytenant Rəşad Quliyev və terrakt qurbanı Fidan Qurbanovaya məxsus əşyaların-SƏRGİSİ TƏŞKİL OLUNUB – İSTİQLAL MUZEYİNDƏ… – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakı şəhərində, İstiqlal Muzeyində Mingəçevirdən olan Şəhid qardaşlar-Əli və İslam Əhmədovların, Şəhid polkovnik-leytenant Rəşad Quliyevin və Qaşaltı-Qaraqoyunlu terraktının qurbanlarından olan Fidan Qurbanovanın xatirəsinə həsr edilmiş sərgi-tədbir təşkil olunub.

Etikxeber.az-ın xəbərinə görə, sərgi-tədbirdə Muzeyin əməkdaşları, Şəhid qardaşların anası Sevinc Əhmədova, Şəhid Rəşad Quliyevin anası Mətanət xanım, terrakt qurbanı-məktəbli Fidan Qurbanovanın valideynləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, dekabrın ayına kimi sərgidə Şəhid qardaşlara, polkovnik-leytenant Rəşad Quliyevə və Fidan Qurbanovaya məxsus olan əşyalar nümayiş etdiriləcək.

Sərgi-tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, sonra çıxışlar edilib.

Muzeyin əməkdaşı bildirib ki, bu ilin yanvar ayından etibarən Muzeydə Şəhidlərə aid olan əşyalar toplanılmasına başlanılıb və həmin əşyalar zaman-zaman nümayiş etdirilir.

İndiyə qədər artıq 5 min əşya toplanılıb və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.

Sonra Şəhid qardaşların anası Sevinc Əhmədova, Fidan Qurbanovanın valideynləri və polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət xanım və digər şəxslər çıxış ediblər.

Çıxışlarda Şəhidlərdən, onların Qəhrəmanlıığından, İgidliyindən, ümumilikdə İkinci Vətən Müharibəsindən, tarixi Qələbə və Zəfərimizdən, erməni vandalizmindən bəhs olunub.

Sərgi-tədbir təxminən bir saat çəkib.

13:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı “Zəfər” altsistemi yaradıldı-FƏRMAN

Read Next

Daha 2300 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir