Qubalı İkinci Vətən Müharibəsi Şəhidi-MİQDAD ABDULƏLİMOVUN MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ İZDİHAMLI ANIM MƏRASİMİ…- FOTOSESSİYA – YENİLƏNİB – (5)

Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan iki medallı, tələbə, evin 3 övladından biri, ailənin tək oğlu Miqdad Faiq oğlu Abduləlimovun bu gün Anım Günüdür.

Düz bir il öncə Onun nəşi doğulub boya-başa çatdığı Quba rayonunda, Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Onun torpağa tapşırılmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Anım Günündə öncə 18 yaşında Şəhid olan və nəşi (külü) 32 gündən sonra dəfn olunan Miqdad Abduləlimovun Quba Şəhidlər Xiyabanında məzarının izdihamlı ziyarət olub.

Ziyarətdə yüzlərlə insan iştirak edib.

Ziyarət zamanı insan seli yaşanıb.

Ziyarətə Şəhidin ailə üzvləri, yaxınları, qohumları, Qubadan, Mingəçevirdən, Bakıdan, Xaçmazdan, Sumqayıtdan, Bərdədən və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, Quba rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Bir saatdan çox davam edən ziyarət sonra “Nərgiz Plaza”-da Şəhid Anım mərasimi başlayıb.

14:45

***

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra Şəhidin valideynləri-atası Faiq bəyə və anası Tünzalə xanıma söz verilib.

Onlar öz adlarından, ailələri adından mərasim iştirakçılarına minnətdarlıqlarını bildirib, onları belə bir gündə tək buraxmadıqları, yalnız qoymadıqları üçün hər kəsə təşəkkürlərini dilə gətiriblər.

Daha sonra çıxışlar edilib: Quba İcra Hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri, Şəhid anaları, Şəhid valideynləri çıxış edərək, Miqdad Abduləlimovun ailəsinə bir daha başsağlığı verib, onlara bir daha Allahdan səbr diləyiblər.

Həmçinin, Miqdad Abduləlimov da daxil olmaqla, bütün Şəhidlərlə Qürur duyulduğu, Fəxr edildiyi bildirilib.

Eyni zamanda, Şəhidin adına ehsan verilib.

Etikxeber.az ziyarətdən və anım mərasimindən foroları təqdim edir:

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ŞƏHİD MİQDADIN MƏĞRUR, QÜRURLU, DİK DURUŞLU VALİDEYNLƏRİ…QƏHRƏMAN ANA VƏ QƏHRƏMAN ANA…

***

ŞƏHİD ANALARI, ŞƏHİD VALİDEYNLƏRİ…

GORANBOYLU QAZİ FUAD HƏSƏNOV…

***

15:15

***

VƏ ANIM MƏRASİMİ…

DƏRDLİ, YARALI VƏ QÜRURLU ŞƏHİD ANALARI…

BƏRDƏLİ ŞƏHİD FƏXRİ QƏRİBZADINİN ÖZÜ KİMİ QƏHRƏMAN ANASI-MEHPARƏ ANA…

***

ŞƏHİD ANALARI…CƏNNƏT ANALAR…

15:39

***

İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏRİN QƏHRƏMAN ATASI-ELMAN ATA…

ANALAR YANAR, AĞLAR…

***

ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ADINI DAŞIYAN BACISI OĞLU-BALACA FƏXRİ QƏRİBZADƏ…

16:30

***

SÖZLƏRİN, KƏLMƏLƏRİN İFADƏ ETMƏYƏ GÜCÜ ÇATMADIĞI ANLAR…

16:40

***

16:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

29.10.2021, Quba

Etikxeber.az

Read Previous

Bir övladı Vətənə əmanət qalan-ŞƏHİD FARİZ ŞIXALIYEVİN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL KEÇDİ…- FOTOLAR – YENİLƏNİB

Read Next

13 ilin peşəkar hərbçisi, iki övladı Vətənə əmanət qalan-3 MEDALLI VÜSAL NAĞIYEVİN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir