“Anama deyin ki, ağlamasın…”-7 medallı, Şuşa fatehi Şəhid Səbuhi Həsənquliyevin Anım Günündə-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ…-FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün həm Sumqayıtın, həm də Ucarın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şuşa fatehi Səbuhi Əlixan oğlu Həsənquliyevin Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bir il öncə-bu gün, 12 noyabr tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında nəşi dəfn edilib.

Etikxeber.az ki, Səbuhi Həsənquliyev 11 aprel 2002-ci il tarixində Ucar rayonunun Boyat kəndində anadan olub.

2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə gedib.

2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Peşə liseyinə daxil olub.

2020-ci ildə Peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında hərbi xidmətə yollanıb.

Və İkinci Vətən Müharibəsi zamanı ilk gündən döyüşlərdə iştirak edib, vuruşub, qəhrəmanlıqlar göstərib.

Və Şuşa uğrunda ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib.

Son sözü isə “Anama deyin ki, ağlamasın…”-olub.

Şəhidliyindən sonra 7 medalla təltif olunub.

10:00

***

Anım Günü ilə bağlı bu gün səhər satlarında Şəhidin məzarının Sumqayıt Şəhidlər Xiyabanında izdihamlı ziyarəti olub.

Ziyarətdə Şəhidin anası Maisə xanım, atası Əlixan kişi, yaxınları, qohumları, Sumqayıtdan olan Şəhid ailələləri, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Eyni zamanda, məzarı başında çıxışlar edilib, şeirlər səsləndirilib.

Çıxışlarda Səbuhi Həsənquliyevin qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidlik və Qəhrəmanlığından danışılıb.

Bir saatdan çox davam edən ziyarətdən sonra “Mirvari” məclis evində Şəhidin anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha Şəhidin ruhuna dualar oxunub.

Eyni zamanda, mərasimdə çıxışlar edilib, bir daha Şəhid haqqında məlumat verilib.

Əməkdar artist Ağalar Bayramovun ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Həmçinin, ilahi, dini musiqilər səsləndirilib, mahnılar ifa edilib.

Anım mərasimi 4 saatdan çox çəkib.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

12:10

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…TƏSİRLİ, DUYĞULU ANLAR…

ANIM MƏRASİMİ…

12:14

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA ANILMASI VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

12:44

***

ŞƏHİDin QƏHRƏMAN VALİDEYNLƏRİ… ŞƏHİD ANALARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…QƏHRƏMAN ANALAR, CƏNNƏT ANALAR…

12:57

***

QÜRURLU, DİK DURUŞLU ŞƏHİD ANASI VƏ ŞƏHİD QARDAŞI…

SƏBUHİNİN “İGİDLİYƏ GÖRƏ” MEDALININ AİLƏSİNƏ TƏQDİM OLUNMASI…

XALQININ SEVİLƏN SƏNƏTKARI…DAİM XALQI ARASINDA OLAN GÜLYAZ XANIM…

ŞƏHİDƏ HƏSR OLUNMUŞ KÖVRƏK, DUYĞULU MANNINI İFA EDƏRKƏN…

***

ŞƏHİD XANIMI VƏ ŞƏHİD ANASI (XALASI)…

***

İCRA BAŞÇISI ZAKİR FƏRƏCOV ŞƏHİDİN ANIM GÜNÜNDƏ…

***

13:57

***

ANA-ANALAR YANAR, AĞLAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əsassız pensiyaların ləğvi onu göstərir ki, həmin vəsaitlərin nazirlik tərəfindən əsassız xərclənməsi baş verib…”-MİLLƏT VƏKİLİ – YENİLƏNİB

Read Next

İlham Əliyevə Türk Dünyasının Ali Ordeni-TƏQDİM EDİLDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir